Mətbuatdan günün xülasəsi, 25 oktyabr 2022

“Sabah”, “Yeni Şafak”, “Hürriyet”, “Star” və “Haber Türk” nələrdən yazır?

1897139
Mətbuatdan günün xülasəsi, 25 oktyabr 2022

 

“Sabah”: Türkiyə əsrinin zirvəsi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib: "Cümhuriyyətimizi siyasi, iqtisadi, sosial və diplomatik sahələrdə millət olaraq arzuladığımız səviyyəyə çatdıracaq sıçrayışın adını verdik: Türkiyə əsri. Bu, bizim yeni nəsillərə ötürəcəyimiz ən böyük mirasımız olacaq."

“Yeni Şafak”: Yalnız Türkiyə və ABŞ-da mövcuddur

  Bu yaxınlarda yayımlanan videoda “Akıncı TİHA”da miniatür bomba görünüb. Türkiyə və ABŞ-dan başqa heç bir ölkənin edə bilməyəcəyi düşünülən bu sursatın pilotsuz uçuş aparatından atılması rəsmi Ankaranın əlini hər mənada gücləndirəcək inkişaf kimi qiymətləndirilir.

“Hürriyet”: Türkiyənin istehsal etdiyi yeni silahlar məni qorxutdu! Yunanıstandan acı etiraf

  Yunanıstan mediasında çıxan bir analiz yazıda Türkiyənin yerli və milli silahlarından bəhs edilib və "Türkiyə özünü qlobal gücə çevirmə planı ilə ardıcıl olaraq gedir. Yunanıstan hadisələri yaxından izləyir, lakin dramatik şəkildə geri qalır" kimi cümlələr işlənib.  

“Star”: Ordumuz üçün Türkiyə müdafiə sənayesinə güvənirik

  Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovnitski (Kristof Szalay-Bobrovniczky) ölkəsinin 2017-ci ildən bəri tarixində ən böyük hərbi inkişaf çalışmalarını həyata keçirdiyini bildirərək deyib: "Bu çərçivədə ordumuzu NATO-ya uyğun müasir texnika ilə təchiz edirik. Türkiyə müdafiə sənayesinə güvənirik. Bu baxımdan birliyimizi daha da inkişaf etdirmək istəyirik”.

“Haber Türk": Trabzona kruiz turları ilə 3 ayda 4 min turist gəlib

  Trabzonda 5 illik fasilədən sonra yay dövründə yenidən başlayan kruiz turları ilə 3 ayda şəhərə 4 minə yaxın turist gəlib.



Әlaqәli Xәbәrlәr