Türkiye mәtbuatı, 21 oktyabr 2022

Türkiye mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1895745
Türkiye mәtbuatı, 21 oktyabr 2022

"Star": Ərdoğanın Cəbrayıla dəymiş ziyana dair reaksiyası

Prezident Rəcəb Tayyib Ərdoğan dünən 20 oktyabr 2022) Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında çıxış edərək, "Ermənistanın işğalı dövründə Qarabağa dəymiş ziyan Haaqa Ədalət Məhkəməsinə çıxarılmalı və təzminat istənilməlidir. Bu yolla onları küncə sıxışdırmaq lazımdır” deyib.

"Vatan": Ərdoğan: "Türkiye bərpa olunan enerjidə Avropada 5-ci yerə yüksəldi"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin bərpa olunan enerjidə Avropada 5-ci, dünyada isə 12-ci yerə yüksəldiyini ifadə edərək, “Bu uğura yenilənə bilən enerji səviyyəmizi ümumi enerji səviyyəmizin 55 faizinə çatdıraraq nail olduq” deyə bildirib. 

Sabah": “İsveçin Türkiye bəyanatı

İsveçin Baş naziri Ulf Kristersson Türkiyenin NATO-ya üzvlüyü ilə bağlı təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün səylərini artıracaqlarını və NATO üzvlüyündən sonra bunun tələblərini yerinə yetirəcəklərini bildirib.

"Hürriyet": Varank: "TOGG"-a böyük tələbat var"

Yerli və milli avtomobil "TOGG" ilə bağlı açıqlamalar verən sənaye və texnologiya naziri Mustafa Varank "TOGG"a böyük marağın olduğunu və özünün də bu maşından istifadə edəcəyini bildirib.

"Yeni Şafak": İstanbul hava limanları 9 ayda sərnişin sayını artırıb

İstanbul hava limanları ilin ilk 9 ayında sərnişin sayını 27,5 milyon nəfər artırıb.

Cari ilin yanvar-sentyabr dövründə İstanbulda cəmi 70 milyon 124 min 741 nəfərin səyahət etdiyi hava limanlarında sərnişin artımı 27 milyon 487 min 713 olaraq hesablanıb.

Ötən illə müqayisədə bu dövrdə İstanbul və Sabiha Gökçen hava limanlarında qəbul edilən sərnişinlərin sayında ciddi artım qeydə alınıb.

Dövlət Hava Meydanları İdarəsinin (DHMİ) internet saytında yer alan məlumata görə, bu ilin yanvar-sentyabr dövründə İstanbul Hava Limanından 47 milyon 571 min 888 sərnişin istifadə edib.



Әlaqәli Xәbәrlәr