Mətbuatdan günün xülasəsi, 18 oktyabr 2022

“Hürriyet”, “Star”, “Sabah”, “Yeni Şafak” və “Haber Türk” nələrdən yazır?

1894198
Mətbuatdan günün xülasəsi, 18 oktyabr 2022

 

“Hürriyet”: Nazir Çavuşoğlundan Yunanıstana sərt cavab

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 17-də verdiyi açıqlamada Yunanıstanın "Türkiyə qaçqınlarla pis rəftar edir" kimi əsassız iddialarına reaksiya verərək "Yunanıstan kimi ən ədalətsiz vəziyyətdə belə haqlı görünməyə çalışmaq üçün həqiqətən həyasız olmaq lazımdır" deyib.

“Star”: Türkiyə müdafiə sənayesi dünyada gündəmi müəyyən edir

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Türkiyənin müdafiə sənayesinin Bayraktar, Gökbey Helikopteri, TCG Anadolu gəmisi və ATAK Helikopteri ilə dünyada gündəmi müəyyən etdiyini bildirib.

“Sabah”: Antaliyaya hava yolu ilə gələn turistlərin sayı 12 milyonu keçdi

  Antaliyaya hava yolu ilə gələn turistlərin ümumi sayı 16 oktyabr tarixində 12 milyonu keçdi. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 51 faiz artım deməkdir.

“Yeni Şafak”: TÜRKOVAC-dan sonra hədəf yerli ÜÇQ peyvəndi

  TÜRKOVAC peyvəndini inkişaf etdirən professor Aykut Özdarendeli “Covid-19” epidemiyası ilə bağlı 2 ildir gözləmək məcburiyyətində qaldıqları Krım-Konqo Qanamalı Atəşinə (KKKA) qarşı peyvənd işlərinə davam edəcəklərini və qısa müddətdə 1-ci mərhələyə keçməyi planlaşdırdıqlarını bildirib.

“Haber Türk”: Avtomobildə həm istehsal, həm də ixrac artdı

  Türkiyədə ilin ilk 9 ayında avtomobil istehsalı 4 faiz artaraq 962 min 18 ədəd olub. Yanvar-sentyabr dövründə avtomobil ixracı 2 faiz artıb. Bu dövrdə ümumi ixrac 687 min 966 ədəd, avtomobil ixracı isə 396 min 604 ədəd olub.



Әlaqәli Xәbәrlәr