Türkiye mətbuatı 16 sentyabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1880761
Türkiye mətbuatı 16 sentyabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Haber Türk'': Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə görüşdü
Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün getdiyi Özbəkistanın Səmərqənd şəhərində ikitərəfli görüşlər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Ərdoğan-Əliyev görüşü mətbuata qapalı keçirilib.

''Star'': Türkiyə inkişaf edən iqtisadiyyatı ilə Qərbi təəccübləndirir

Prezident Ərdoğanın səmərəli mübarizəsi və “Türkiye iqtisadiyyat modeli”nin əldə etdiyi uğur qərb ölkələrini təəccübləndirir. İngiltərənin ''Financial Times'' qəzetinin qələmə aldığı məqalədə "Türkiyənin xəzinəsinin dolu olması və nağd pul çatışmazlığının olmaması anlaşılmazdır" deyilir.

Vatan: “Dünyada bir ilk olan Marlin SİDA Türkiyə tərəfindən hazırlanıb”

Dünyanın ilk elektron döyüş qabiliyyətinə malik pilotsuz suüstü vasitəsi Türkiyə tərəfindən hazırlanıb. Müdafiə Sənayesinin rəhbəri   Demir tvitter hesabında etdiyi paylaşımda bu ifadələrə yer verib: “ ''Marlin''  pilotsuz suüstü vasitəsi dünyada elektron döyüş qabiliyyətinə malik ilk pilotsuz suüstü nəqliyyat vasitəsi oldu. ''Marlin'' Türkiyəni NATO-da təmsil edən ilk pilotsuz platformadır''.

Yeni Şafak: “İlk dəfə səmada uçan avtomobillər peyda oldu”

AirTaxi Konqresinə bu il Türkiyə ev sahibliyi etdi. 13 və 14 sentyabr tarixlərində keçirilən konqresdən sonra dünən Kocaelidə  ''AirTaxi''nin şousu keçirildi.



Әlaqәli Xәbәrlәr