Türkiye mətbuatı: 13 sentyabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1879028
Türkiye mətbuatı: 13 sentyabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.
''Hürriyet'': "Ərdoğan: ''Gələcəyimizi tarixi ilə fəxr edən gənclərə əmanət etmək istəyirik"

Prezident Rəcəb Tayyib Ərdoğan dünən 2022-2023-cü tədris ilinin başlaması münasibətilə keçirilən mərasimdə iştirak edib. Mərasimdə çıxış edən dövlət başçısı deyib: ''Gələcəyimizi tarixi ilə fəxr edən gənclərə əmanət etmək istəyirik".

"Haber Türk": Xarici işlər naziri Mövlud Çavuşoğlundan Yunanıstana xəbərdarlıq

Xarici işlər naziri Çavuşoğlu Yunanıstanın son günlərdəki mövqeyi ilə bağlı deyib:"Başqaları adına bir macəraya girirsiniz, bunun nəticələri olacaq.Bu, Yunanıstana bir xəbərdarlıqdır".

''Sabah'': "Nazir Akardan "Pençe-Kilid'' açıqlaması

Milli müdafiə naziri Hulusi Akar İraqın şimalında keçirilən "Pəncə-Kilid" əməliyyatı nəticəsində indiyədək 371 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

''Yeni Şafak'': Müdafiə sənayesi məhsullarının ixracı 42,2 faiz artıb
Aerokosmik və müdafiə sənayesi  2022-ci ildə rekorda imza atıb. Cari ilin 9 ayında müdafiə sənayesi məhsullarının ixracı 42,2 faiz artıb. Bu ixracdan 2 milyard 636 milyard dollar gəlir əldə olunub.

''Star'': "İyul ayına dair işsizlik səviyyəsi açıqlanıb
Türkiyədə işsizlik səviyyəsi  iyul ayında keçən ay ilə müqayisədə  0,3 faiz azalaraq 10,1 faiz olub.



Әlaqәli Xәbәrlәr