Türkiyә mәtbuatı, 5 iyul 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1851845
Türkiyә mәtbuatı, 5 iyul 2022

"Haber Türk": Çavuşoğlu Ermənistanla normallaşma ilə bağlı açıqlama verdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu dünən verdiyi açıqlamada "Azərbaycan və Ermənistan arasında normallaşmanı dəstəkləyirik. Bölgədə daimi sülhə ehtiyacımız var" dedi.

"Star": Türkiyənin Ukrayna ilə əlaqəli açıqlaması

Milli Müdafiə Nazirliyi Türkiyə və Ukrayna hərbi nümayəndə heyətlərinin 4 iyul 2022-ci il tarixində (dünən) paytaxt Ankarada görüş keçirdiyini açıqlayıb. Türkiyə və Ukrayna hərbi nümayəndə heyətləri regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

"Vatan": Daxili işlər nazirinin müavini Çataklı: "İyun ayında 142 terrorçu zərərsizləşdirilib"

Daxili İşlər Nazirliyinin sözçüsü və nazir müavini İsmayıl Çataklı iyun ayında terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 142 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

"Sabah": Nazir Karaismailoğlu: "Türkiyənin nəqliyyat və kommunikasiya infrastrukturunu gücləndiririk”

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu son 20 ildə Türkiyənin nəqliyyat və kommunikasiya infrastrukturuna 183 milyard dollar sərmayə qoyduqlarını ifadə edərək, “Bu yolla milli gəlirə 520 milyard dollar, istehsala 1 trilyon 79 milyard dollar töhfə verdik" deyib.

"Hürriyet": Nafiya Kuşdan qızıl medal

Əlcəzairdə keçirilən Aralıq dənizi Oyunlarında qadınlar arasında +67 kq çəki dərəcəsində milli taekvondoçu Nafia Kuş qızıl medal qazandı.



Әlaqәli Xәbәrlәr