Türkiyə mətbuatı, 22 iyun 2022

“Sabah”, “Star”, “Haber Türk”, “Vatan” və “Hürriyet” nələrdən yazır?

1846523
Türkiyə mətbuatı, 22 iyun 2022

 

“Sabah”: Ərdoğan Conson və Kaja Kallasla danışdı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 21-də İngiltərənin baş naziri Boris Conson və Estoniyanın baş naziri Kaja Kallas ilə telefonla danışdı. Ərdoğan dövlət başçıları ilə regional məsələləri, eləcə də Ukraynadakı taxıl böhranını müzakirə edib.

“Star”: Böhran Türkiyədə həll olunacaq

  Qlobal taxıl probleminin həlli üçün İstanbulda dördlü taxıl sammiti keçiriləcək. Türkiyə Prezident Aparatından verilən məlumata görə, sammitdə Ukrayna, Rusiya nümayəndə heyətləri və BMT-nin baş katibi də iştirak edəcək. Türkiyə Milli Müdafiə Nazirliyindən də bir nümayəndə heyəti taxıl probleminin həlli üçün bu həftə Rusiyaya gedəcək.

"Haber Türk": Türkiyə alimlərindən “Krım-Konqo”ya əlac ola biləcək araşdırma

  Türkiyə alimləri “Krım-Konqo” qanamalı qızdırmasının (KKKA) erkən diaqnozu və müalicəsi üçün elmi araşdırma aparır. İnfeksiya xəstəlikləri mütəxəssisi professor Önder Ergönül və KUİSCİD (Koç University İşbank Center for Infectious Diseases - Koç Universiteti İş Bankı Yoluxucu Xəstəliklər Mərkəzi) tədqiqatçıları KKKA-nın erkən diaqnostikası üçün yerli PCR testini inkişaf etdirməyi və Türkiyədə geniş şəkildə istifadəsini nəzərdə tutur.

“Vatan”: İstanbulda turist sayında böyük artım var

  İstanbul valisi Əli Yerlikaya may ayında İstanbula gələn turistlərin sayının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 264,6 % artaraq 1 milyon 402 min 366 nəfərə çatdığını açıqlayıb. Şəhərə ən çox Almaniya, İran, Rusiya, ABŞ və İngiltərədən gələnlər olub.

“Hürriyet”: THY üçün ən yüksək səviyyəli sertifikat

  Türkiyə Hava Yolları İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) İEnvA (Ətraf Mühitin Qiymətləndirilməsi) proqramına əsasən “Ən yüksək səviyyə” sertifikatını alıb.

 



Әlaqәli Xәbәrlәr