Türkiyә mәtbuatı, 17 iyun 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1844638
Türkiyә mәtbuatı, 17 iyun 2022

"Hürriyet": Xarici İşlər Nazirliyindən Almaniyaya cavab

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibinin Yunanıstanı himayə edən və Türkiyəni hədəf alan açıqlamasına sərt reaksiya verib. Bilgiç "Ölkəmizin hava məkanını pozan, torpaqlarımız üzərində uçuşlar həyata keçirən, təyyarələrimizi narahat edən tərəf Yunanıstan olmasına baxmayaraq, Almaniya sözçünün ölkəmizə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir" deyib.

"Star": Nazir Hulisi Akar yunan həmkarı Panagiotopoulos ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar dünən Yunanıstanın müdafiə naziri Nikos Panagiotopoulos ilə görüşüb. Görüşdə mövcud problemlərin həlli üçün kommunikasiya kanallarının açıq saxlanması, müsbət gündəmə diqqətin yönəldilməsi, bunun mehriban qonşuluq münasibətlərinə, ikitərəfli və regional əməkdaşlığa verdiyi töhfələr və gərginliyin azaldılması üçün bu istiqamətdə dialoqun davam etdirilməsinin vacibliyi müzakirə olunub. 

"Vatan": Nazir Mehmet Muş: "Cari il ixrac hədəfimiz 250 milyard dollardır"

Ticarət naziri Mehmet Muş dünən verdiyi açıqlamada "Türkiyə olaraq keçən il 225 milyard dollarlıq ixrac reallaşdırdıq. Bu il hədəfimiz 250 milyard dollar və bunun üzəridir. Bu hədəfə doğru ciddi addımlar atırıq" deyib.

"Haber Türk": Rusların Türkiyədə tətil tələbi təklifi üstələyir

Rusiya Turoperatorları Assosiasiyası (ATOR) Türkiyədə tətilə tələbatın təklifi üstələdiyini, Moskvadan sonrakı 2-3 günü əhatə edəcək şəkildə Antalyaya uçuş tapmağın mümkün olmadığını açıqlayıb.

"Sabah": Nəhəng kruiz gəmisi Bodruma 1411 sərnişin gətirdi

Bodrumda dəniz turizmində fəallıq davam edir. 323 metr uzunluğunda İtaliya bayraqlı "Costa Venezia" adlı kruiz gəmisi 4-cü dəfə Bodruma gəldi. Başda Almaniya, İtaliya, İspaniya və Portuqaliya vətəndaşları olmaqla cəmi 1411 sərnişini olan nəhəng gəmi Bodrum limanında lövbər salıb.



Әlaqәli Xәbәrlәr