Türkiyә mәtbuatı, 10 iyun 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1840795
Türkiyә mәtbuatı, 10 iyun 2022

"Sabah": Ərdoğan Yunanıstana göz dağı verdi

Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 9-da etdiyi çıxışında Yunanıstana xəbərdarlıq edərək, "Yunanıstanı qeyri-hərbi statusa malik adaların silahlandırılmasını dayandırmağa və beynəlxalq razılaşmalara uyğun hərəkət etməyə dəvət edirik. Zarafat etmirəm, ciddi danışıram" deyib.

"Star": Nazir Akardan Yunanıstana sərt reaksiya

Milli müdafiə naziri Hulusi Akar dünən verdiyi açıqlamada “200 ildə 3 dəfə böyüyən Yunanıstan utanmadan Türkiyə Cümhuriyyətini utanmadan işğalçılıqda ittiham edir. Bunu tarixi faktlarla, ağıl və məntiqlə izah etmək mümkün deyil. Bu ikiüzlülükdür, riyakarlıqdır" deyib.

Hürriyet: “Türksat 5B" istifadəyə verilir

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu "Türksat 5B"-ni 14 iyun 2022 Çərşənbə axşamı günü istifadəyə verəcəyik" deyib.

"Haber Türk": İstanbula gələn turistlərin sayı 135 faiz artdı

Türkiyə Otelçilər Dərnəyinin (TÜROB) sədri Müberra Eresin cari ilin ilk 4 ayında İstanbula gələn turistlərin sayının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 135 faiz artaraq 3 milyon 882 min nəfərə çatdığını bildirib. 

"Vatan": THY may ayında 6,3 milyon sərnişin daşıyıb

May ayı sərnişin və yük daşıma nəticələrinə görə, Türk Hava Yolları (THY) 80 faiz yük nisbətini keçərək 6,3 milyon sərnişin daşıyıb.



Әlaqәli Xәbәrlәr