Türkiyә mәtbuatı, 8 iyun 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1839354
Türkiyә mәtbuatı, 8 iyun 2022

"Hürriyet": Nazir Akardan Suriyaya əməliyyatla bağlı mesaj

Milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında mümkün əməliyyatla bağlı lazım olanı etməyə hazır olduqlarını ifadə edərək, “Nə lazımdırsa, yeri və vaxtı gələndə yerinə yetiriləcək” mesajını verib.

"Sabah": Çavuşoğlu son dəfə Yunanıstana xəbərdarlıq etdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu Egey dənizindəki silahsız adalara əsgər və silah göndərilməsinə toxunaraq, "Yunanıstan iddialarından əl çəkməsə, adaların təhlükəsizliyi müzakirə olunacaq" dedi.

Çavuşoğlu suverenlik müzakirələrinin başladığını da vurğuladı.

"Vatan: Sözcü İ.Kalın NATO Baş Katibi Kabinet direktoru Censsen ilə görüşüb

Prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal dünən paytaxt Ankarada NATO Baş Katibi Kabinetinin direktoru Stian Censsen ilə görüşüb. Görüşdə Türkiyənin NATO-ya verdiyi töhfələr, İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti prosesləri, Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.

"Yeni Şafak": Türkiyə çay ixracından 9,8 milyon dollar gəlir əldə etdi

Türkiyədən çay ixracı ilin yanvar-may dövründə 15 faiz artaraq 9 milyon 801 min 535 dollara çatıb.

"Star": 13. Beynəlxalq TRT Sənədli Film Mükafatları mükafatlandırma mərasimi ilə başa çatdı”

TRT-nin bu il 13-cü dəfə təşkil etdiyi '"Beynəlxalq TRT sənədli film mükafatları" nın qaliblərinin mükafatlandırma prosesi başa çatdı. Dünyanın müxtəlif yerlərindən çox dəyərli sənədli filmlərə ev sahibliyi etdiklərini bildirən TRT-nin baş direktoru Mehmet Zahid Sobacı “Ölkəmiz qlobal ədalət uğrunda mübarizə apararkən, biz də sənədli filmlərimizlə dünyanın dünən və bu gün qarşılaşdığı haqsızlıqları üzə çıxarır, humanitar yanaşmaya üstünlük veririk" dedi.



Әlaqәli Xәbәrlәr