Türkiyә mәtbuatı, 12 aprel 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1825699
Türkiyә mәtbuatı, 12 aprel 2022

"Yeni Şafak": Ərdoğanın idmançı tərəfi sosial mediada maraq doğurdu

Prezident Rəcəb Tayyib Ərdoğanın 16 il əvvəl Avstriyada qapalı futbol meydanında oynadığı görüntüləri "Erdoğan Digital Media" hesabında paylaşılıb. Paylaşımlar qısa müddətdə on minlərlə "like" (bəyənmə) toplayıb. Ötən gün Ərdoğan Prezident İqamətgahında Qazaxıstan prezidenti Kasım Jomart-Tokayevlə stolüstü tennis oynayıb və ikilinin şən əhval-ruhiyyəsi sosial mediada sürətlə yayılıb.

"Hürriyet": İsmayıl Çataklı: "Transsərhəd əməliyyatlar köçü azaltdı"

Daxili işlər nazirinin müavini və nazirliyin sözçüsü İsmayıl Çataklı Türkiyənin Suriyanın şimalında terror təşkilatlarına qarşı həyata keçirdiyi transsərhəd əməliyyatlarla köç dalğasını yüngülləşdirdiyini də bildirib. Çataklı “Fərat qalxanı” əməliyyatı ilə 1 milyon 300 min, “Zeytun budağı” əməliyyatı ilə 550 min, “Sülh qalxanı” hərəkatı ilə 300 min, “Bahar qalxanı” əməliyyatı ilə 4 milyon suriyalının vətənlərində qala bildiyini vurğulayıb.

"Vatan": Ən yaxşı performans göstərən SİHA "Bayraktar TB2”-dir

Türk silahlı pilotsuz uçuş aparatlarının (SİHA) ixtiraçısı, Baykar Texnologiyanın Lideri Selçuk Bayraktar bildirib ki, indiyədək SİHA-ların ixracı üçün 20-dən çox ölkə ilə müqavilə imzalanıb və 13-də bu SİHA-lardan istifadə olunur. "Bayraktar TB2"-nin ən yüksək performansa malik SİHA olduğunu bildirən Selçuk Bayraktar yeni hazırlanmış "Bayraktar TB3"-ün qısa uçuş-enmə zolağı dəniz platformalarında enmə və qalxma qabiliyyətinə malik dünyanın ilk SİHA olacağını açıqladı.

"Sabah": Türkiyə Şərqi Aralıq dənizində yeni qazma prosesinə başlayacaq

Türkiyənin "Fatih", "Kanuni" və "Yavuz"dan sonra dördüncü qazma gəmisi Aralıq dənizində Türkiyə istiqamətində üzməyə davam edir. Mayın 19-da Mersin şəhərində olacaq gəmi bu yay Şərqi Aralıq dənizində neft və təbii qaz axtaracaq. Beləliklə, Türkiyə Şərqi Aralıq dənizində yeni qazma prosesinə başlayacaq.

"Haber Türk": Türkiyənin turizmdə bu il hədəfi 42 milyon turistdir

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyənin turizmdə ötən ili 30 milyon turist və 24,5 milyard dollar gəlirlə bağladığını bildirib. Nazir Ersoy bu il 42 milyon turist və 35 milyard dollar gəlir hədəfi qoyduqlarını açıqladı.



Әlaqәli Xәbәrlәr