Türkiyə mətbuatı, 21 mart 2022-ci il

“Vatan”, “Hürriyet”, “Yeni şafak”, “Star” və “Sabah” nələrdən yazır?

1798787
Türkiyə mətbuatı, 21 mart 2022-ci il

 

“Vatan”: Ərdoğan NATO sammitində iştirak edəcək

  Türkiyə Rusiya ilə Ukrayna arasında sülhü təmin etmək üçün vasitəçi (məkik) diplomatiyasını gücləndirir.

  Prezident Rəcəb Tayyib Ərdoğan müharibədən sonrakı prosesləri dəyərləndirmək üçün martın 24-də Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.

“Hürriyet”: Çavuşoğlu “Tərəflər razılığa yaxındır" dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukraynanın atəşkəslə bağlı bəzi konkret mövzularda danışıqları davam etdirdiyini bildirib: "Tərəflərin fundamental məsələlərdə razılığa yaxın olduğunu görürük. Ancaq mülki vətəndaşların öldürülməsi sürərkən razılığa gəlmək asan deyil.”

“Yeni Şəfəq”: “Bayraktar”a həsr edilən mahnı hər kəsin ağzındadır

  Rusiya ordusuna böyük zərbə vuran “Bayraktar TB2”lər ukraynalıların “döyüş qəhrəmanı” olub. Təqaüddə olan ukraynalı bəstəkar Taras Borovakın “Bayraktar” üçün bəstələdiyi mahnı bütün ölkədə populyarlaşıb.

“Star”: Türkiyədən tarixi rekord

  Türkiyə ən böyük bazarı Almaniyaya ixracatda rekord qırmağa davam edir. İxracat 2022-ci ilin fevral ayında əvvəlki ilin eyni dövrünə görə 21,4 faiz artımla 1 milyard 644 milyon 24 min dollarlıq rekord səviyyəyə çatıb.

“Sabah”: ABŞ-ın ən prestijli mükafatı Türkiyədən birinə verildi

  ABŞ-da məşhur "Champion Pizza" pizza şəbəkəsinin sahibi Hakkı Akdeniz ölkənin ən prestijli mükafatlarından biri olan “Points of Light” mükafatına layiq görülüb.

 



Әlaqәli Xәbәrlәr