Türkiyə mətbuatı, 7 mart 2022

“Haber Türk”, “Vatan”, “Yeni Şafak”, “Star” və “Sabah” bu gün nələrdən yazır

1790851
Türkiyə mətbuatı, 7 mart 2022

 

“Haber Türk”: Ərdoğandan təcili atəşkəs çağırışı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Ərdoğan Ukrayna ilə Rusiya arasında atəşkəsin təmin edilməsi, Ukraynada humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.

“Vatan”: Türkiyə məzlumlara sahib çıxır

  Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib: “Martın 6-dan müharibədən canını qurtarmaq üçün Türkiyəyə gələn ukraynalıların sayı 20 mini keçib. Türkiyə qonaqpərvərliyini ən yüksək səviyyədə göstərir, “sarı saçlı, mavi gözlü” deyə irqlərə ayrı-seçkilik qoymur. Dünyanın harasında olur-olsun, məzlumların qayğısına qalacağıq”.

“Yeni Şafak”: Türkiyə nəqliyyat bazası olacaq

  Türkiyəyə beynəlxalq birbaşa investisiyalar 2021-ci ildə 81% artaraq 14,2 milyard dollara çatıb. Prezident Aparatı İnvestisiya Departamentinin rəhbəri Burak Dağlıoğlu mövzu ilə bağlı deyib: “Dünya şirkətləri Türkiyəni regionda istehsal, ixracat, araşdırma, inkişaf, logistika və idarəetmə mərkəzi kimi görür, fəaliyyətlərini davam etdirir və investisiyalarını artırır. Lojistik mərkəzlərin sayı 10-dan 25-ə yüksələcək. Türkiyənin istehsal və nəqliyyat bazası rolu gücləndiriləcək”.

“Star”: Türkiyə infrastrukturda nümunədir

  Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu inkişaf etməkdə olan ölkələrin Türkiyəni infrastruktur baxımından nümunə kimi gördüklərini bildirərək deyib: “İnfrastruktur kəsirini bu qədər qısa müddətdə necə bağladınız” deyə bizim bilik və təcrübəmizi öyrənmək istəyirlər… Orta dəhlizlə bağlı isə onu deyə bilərəm ki, bu məsələnin əhəmiyyəti Ukrayna-Rusiya böhranı zamanı daha aydın şəkildə ortaya çıxdı və biz Çin-Avropa ticarətində də payımızı artırmağa çalışırıq".

“Sabah”: Şirkətlər gəlir rekordu qırdı

  2021-ci ildə Türkiyə iqtisadiyyatı ixracat hesabına 11 faiz inkişaf edərək gəlir rekordu qırıb. İstanbulda birja əməliyyatı aparan 311 şirkətdən 24-ü balansını açıqlayıb. 224 şirkət gəlirini artırıb, 32 şirkət zərərdən mənfəətə keçib. 24 şirkət gəlirini 1000 faizdən çox artırıb, 130 şirkətdə mənfəət artımı 100 faizdən çox olub.



Әlaqәli Xәbәrlәr