Türkiyə mətbuatı, 24 yanvar 2022

“Haber Türk”, “Hürriyet”, “Yeni Şafak” və “Sabah” nələrdən yazır?

1767143
Türkiyə mətbuatı, 24 yanvar 2022

 

“Haber Türk”: Varank “Türkiyə 2021-ci ildə sənaye mülkiyyət müraciət və qeydiyyatlarından müsbət çıxdı" dedi

  Türkiyə Sənaye və texnologiya naziri Mustafa Varank deyib: "2021-ci ildə davam edən “Covid-19” epidemiyasına baxmayaraq, yerli müraciət və qeydiyyatlarda artımlarla bağlı bir çox ölkədən müsbət mənada seçilməyi bacardıq. Keçən il edilən 352 coğrafi işarə qeydiyyatıyla ümumi qeydiyyatlı coğrafi işarə sayımız 990-a yüksəldi. Hələ də Avropa İttifaqı nəzdində 7 qeydiyyatlı coğrafi işarəmiz var".

“Hürriyet”: “Bayraktar Akıncı” TİHA-nın ilk ixracat müqaviləsi imzalandı

  Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin sədri İsmayıl Dəmir “Bayraktar Akıncı” TİHA-nın (hücumçu pilotsuz uçan aparat) ilk ixracat müqaviləsinin imzalandığını elan etdi.

“Yeni Şafak”: ABŞ-da 1 milyon dollar büdcəyə malik mötəbər kürsüyə türk həkim təyin olundu

  ABŞ-da Arkansas Tibb Elmləri Universiteti 13 yanvarda universitetin prestijli Kıser (Kyser) Baş-Burun-Qulaq-Boğaz Cərrahiyyəsi şöbəsinə türkiyəli həkim Özlem Tulunay Uğuru təyin edib.

“Sabah”: "Şərq ekspresi” “Əfsanəvi səfər” dünya mətbuatında

  Fransanın AFP xəbər agentliyi "Əfsanəvi səfər" başlığı altında turistik “Şərq ekspresi”ni tanıdıb. İngiltərənin “İndependent”ində isə haqqında "Dünyanın ən gözəl 4 qatar xəttindən biri" yazılıb. AFP-nin xəbərini öz saytında qoyan “Euronews” "Türkiyənin paytaxtı Ankaradan yola çıxıb Anadolunun çöllərindən, Fəratın yaylaqlarından keçir" sözlərini vurğulayıb.

“Sabah”: Axın-axın Türkiyəyə gəlirlər

  Türkiyə Səyahət Agentləri Birliyinin (TÜRSAB) sədri Firuz Bağlıkaya ölkədə qazanc keyfiyyəti və meydan infrastrukturu ilə önə çıxan xizək mərkəzlərinin xarici qonaqlar baxımından da son illər artan nisbətdə seçildiyini bildirərək “Bugünkü satışlar 2021-ci ilin 2-5 qatıdır" deyib.



Әlaqәli Xәbәrlәr