Türkiyə mətbuatı, 20 oktyabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olmuş xəbərlərin  xülasəsi

1722167
Türkiyə mətbuatı, 20 oktyabr 2021

“Haber Türk”: Türkiyədən Şərqi Aralıq dənizi ilə əlaqəli açıqlama

Türkiyənin Xarici İşlər Nazirliyi, Yunanıstan, Misir və Kipr Rum İdarəsinin üçlü zirvə toplantısından sonra yaydığı açıqlamada Şərqi Aralıq dənizində Türkiyəni və Şimali Kipr Türk Respublikasını gözdən yayındıran heç bir təşəbbüsün uğurlu olaöbilməyəcəyinə diqqət çəkilib. Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyindən yayılan açıqplamada isə Rum İdarəsinin, Yunanıstan və Misirlə ortaq bəyanatının etibarsız olduğu vurğulanıb.

“Hürriyet”: Avropa Komissiyasının hesabatı iki üzlülüyün göstiricisidir

Türkiyə Avropa İttifaqı (Aİ) Komissiyası 2021 Genişlənmə Paketi çərçivəsində yayımlanan hesabata reaksiya verib. Xarici İşlər Nazirliyinin açıqlamasında: “Aİ ilə müsbət bir siyasi gündəm yaratmağa və yüksək səviyyəli dialoqumuzu canlandırmağa çalışdığımız bir dövrdə, təəssüf ki, namizəd ölkə olan Türkiyəyə qarşı öhdəliklərin gözdən yayındırıldığı bir heyabat açıqlanıb”. Bu ikiüzlülükdür.

“Star”: “Dörd liderdən birgə bəyanat; Türkiyənin gücü qəbul edildi

Türkiyə, Toqo, Burkina Faso və Liberiya prezidentlərinin görüşü ilə bağlı yekun bəyanat yayımlanıb. Dörd Dövlət Başçısı, Türkiyənin Afrika üçün strateji tərəfdaş rolunu legitimləşdirən və beynəlxalq arenada əhəmiyyətli bir aktyor mövqeyinə qovuşduran iqtisadiyyatının diqqətəlayiq tərəqq etdiyi və güçlü olduğu mövzusunda yekdil qalıb.

“Yeni Şafak”: TRT World Forumu qlobal problemləri dünyanın gündəminə daxil edib

Türk Radio və Televiziya Qurumunun (TRT) baş direktoru Məhmət Zahid Sobacı, bu il 5 -ci dəfə keçirilən TRT Dünya Forumunun açılış mərasimində etdiyi çıxışında əlverişsiz coğrafiyaların, cəmiyyətlərin səsi olmağa çalışdıqlarına diqqət çəkib. TRT Dünya Forumu kimi beynəlxalq platformalar vasitəsilə yeni fikirlər yaratmalı və yeni hədəflər istiqamətində addım atmalı olduqlarını vurğulayıb.

“Vatan”: Bayraktar SİHA-lar (Silahlı pilotsuz uçuş aparatları), Fransızların xəyalı, İngilislərin hədəfidir

Fransız mətbuatı Bayraktar silahlı pilotsuz uçuş aparatlarına (SİHA) heyranlıqlarını gizlədə bilmədilər. Türkiyənin İngiltərəyə pilotsuz uçuş aparat (İHA) satma ehtimalının, Türk müdafiə sənayesinin böyük bir uğuru hesab hedildiyinə diqqət çəkən “Le Figaro” qəzeti, bunların dünyada müharibələr üçün ən əhəmiyyətli texnikalar hesab edildiyini yazıb.



Әlaqәli Xәbәrlәr