Türkiyə mətbuatı, 6 oktyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi.

1715324
Türkiyə mətbuatı, 6 oktyabr 2021

"Yenişafak": Prezident Ərdoğandan Şərqi Aralıq dənizi mesajı

Prezident Rəcəb Tayyib Ərdoğan "Kriter" jurnalına müsahibəsində Türkiyə olaraq beynəlxalq hüquqa hörmət etdiklərini ifadə edərək, "Əleyhinə olduğumuz şey beynəlxalq hüququ bəhanə gətirərək bizə tətbiq edilməyə çalışan ikili standartdır. İndi Şərqi Aralıq dənizində hüquqlarımızı qorumayaqmı? Masada hazırlanan xəritələri qəbulmu edəcəyik? "Yaxınlığımızda qurulmağa cəhd göstərilən terror dəhlizinə cavab verməyəcək və tamaşaçı olaraqmı qalacağıq? Əlbəttə ki, bu mümkün deyil. Bu mövzuda beynəlxalq hüquq çərçivəsində lazım olanı etdik və etməkdən də çəkinməyəcəyik "dedi.

"Star": Almaniya Prezidenti Ştaynmayerin Türkiyə ilə əlaqədar bəyanatı

Almaniya Prezidenti Frank-Valter Sttaynmayer türklərin ölkəsinin bir parçası olduğunu söylədi. Türkiyə ilə Almaniya arasında 'bənzərsiz bir əlaqənin' olduğunu vurğulayan dövlət başçısı "Türkiyə siyasi çəkisi baxımından Almaniyanın strateji əhəmiyyəti olan tərəfdaşıdır" dedi.

"Habertürk": Akar Yunanıstanı dialoqa çağırdı

Milli müdafiə naziri Hulusi Akar Türkiyə ilə Yunanıstan arasındakı problemlərlə əlaqədar olaraq, "Yaxşı qonşuluq əlaqələri və dialoq çərçivəsində, problemlərin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həll edilə biləcəyinə inanırıq. Hər baxımdan dialoqun tərəfdarıyıq" dedi.

"Hürriyet": Rus turistlərin seçimi İstanbul oldu

Bu ilin 9 ayında Rusiyadan İstanbula 381 min 346 turistin geldiyi bildirilərək, rus turistlərin İstanbulda tətilə olan tələbatının artdığı qeyd edildi.

"Sabah": İstanbul Hava Limanındakı tarixi an

Dünyanın ən böyük hava limanları arasındayer alan İstanbul Hava Limanı eyni zamanda dünyanın ən böyük sərnişin təyyarəsi "Airbus 380" və dünyanın ən böyük yük təyyarəsi "Antonov An-225 Mriya"ya eyni anda ev sahibliyi etdi.



Әlaqәli Xәbәrlәr