Türkiyə mətbuatı, 2 sentyabr 2021

“Hürriyet”, “Sabah”, “Vatan”, “Haber Türk” və “Star” nələrdən yazır?

1701336
Türkiyə mətbuatı, 2 sentyabr 2021

 

“Hürriyet”: Türkiyə prezidenti Ərdoğan “Dünyada böyüyən ən sürətli ikinci iqtisadiyyat olduq" dedi

  Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də etdiyi şərhdə Türkiyə iqtisadiyyatının 2-ci rübdə 21,7 faiz böyüdüyünü xatırladaraq Türkiyənin dünyada ən sürətli inkişaf edən ikinci iqtisadiyyat olduğunu söylədi.

“Sabah”: Çavuşoğlu Serbiya parlament sədri Daçiçlə görüşdü

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiya səfərindəki görüşləri çərçivəsində ölkənin parlament sədri İvica Daçiç ilə bir araya gəldi. Sosial media hesabı üzərindən etdiyi paylaşmada Çavuşoğlu bu barədə yazıb: "Serbiya parlament sədri, dostum İvica Daçiçlə görüşdük. Əlaqələrimizin parlamentlərarası ölçüsünə böyük əhəmiyyət veririk".

“Vatan”: Akar “Mehmetcik dünya barışına xidmət edir" dedi

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Əfqanıstandan çıxmalarla bağlı sentyabrın 1-də etdiyi şərhdə bildirib: "Mehmetcik bu günə qədər vəzifəsini bütün coğrafiyalarda olduğu kimi Əfqanıstanda da əcdadına, şanlı tarixinə yaraşar şəkildə müvəffəqiyyətlə icra edərək yerli xalqın könlünü qazanaraq və dünya sülhünə xidmət etmənin qüruruyla sağ-salamat ölkəsinə dönmüşdür".

“Haber Türk”: İstanbul Havalımanı “Avropanın ən məhsuldar havalımanı” seçildi

  İstanbul Havalımanı Hava Nəqliyyatı Araşdırmaları Dərnəyi (ATRS) tərəfindən 40 milyondan çox sərnişin daşıma kateqoriyasında "Avropanın ən məhsuldar havalımanı" mükafatına layiq görüldü.

“Star”: Türkiyə dünyada ilk 10 ölkə arasındadır

  Türkiyə 2020-ci ildə dövrəyə aldığı 2500 meqavatlık hidroelektrik həcmi ilə dünyada bu sahədə ən yüksək həcmə malik ilk 10 ölkə arasında oldu. Ölkənin hidroelektrik gücü 2021-ci ilin iyul ayının sonundan etibarən isə 31 min 436 meqavata çatdı.

 



Әlaqәli Xәbәrlәr