Türkiyə mətbuatı, 13 avqust 2021

“Sabah”, “Hürriyet”, “Yeni Şafak”, “Haber Türk” və “Star” nələrdən yazır?

1690503
Türkiyə mətbuatı, 13 avqust 2021

 

“Sabah”: Ərdoğan “Dövlət bütün imkanlarıyla səfərbərdir" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartin, Sinop və Kastamonu başda olmaqla, Qara dənizdə yaşanan sel fəlakətini yaxından izləyir. Selin təsirli olduğu bölgələrdəki vali və əlaqədar məmurlarla telefonda danışan Ərdoğan dövlətin bütün imkanlarıyla səfərbər olduğunu bildirib.

“Hürriyet”: Akar “Mehmetciyi təhlükəyə atmaq kimi fikrimiz yoxdur" deyib

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Əfqanıstandakı hava limanının işlədilməsi ilə əlaqədar bunları söyləyib: “Yaxınlarda bu mövzu şəkillənəcək. Bizim mehmetciyi təhlükəyə atmaq kimi fikrimiz ola bilməz”.

“Yeni Şafak”: Xarici İşlər Nazirliyindən Avstriya nazirinə reaksiya

  Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakçı Avstriya daxili işlər naziri Karl Nehammerin sığınmacılarla bağlı Türkiyəni təxribatda günahlandırmasına reaksiya verərək Avropa İttifaqını nizamsız köçə qarşı birlikdə hərəkət etməyə çağırıb.

“Haber Türk”: Nazir Pakdemirli “Bütün yanğınları idarə altına aldıq" dedi

  Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli ölkədəki bütün yanğınların idarə altına alındığını bu sözlərlə söyləyib: “Fəlakətdə əziz millətimizlə meşələrimiz üçün tək ürək olduq. Bütün yanğınları idarə altına aldıq."

“Star”: Nazir Varank “İstehsalla inkişafa davam edəcəyik" dedi

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank yüksək texnologiyalı emalat sənaye istehsalında müşahidə edilən aylıq və illik artımların iatisadiyyatdakı dəyişiklik və keyfiyyətli inkişaf baxımından əhəmiyyətinə diqqəti çəkərək “İstehsalla böyüməyə davam edəcəyik” söyləyib.



Әlaqәli Xәbәrlәr