Türkiyə mətbuatı, 5 iyul 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1669770
Türkiyə mətbuatı, 5 iyul 2021

"Haber Türk": Məhdudiyyətsiz həftə sonu

İstanbulda vətəndaşlar, yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsindəki tədricən normallaşma qərarları daxilində heç bir məhdudiyyətin tətbiq edilmədiyi ilk bazar günü dəniz kənarında və parklarda vaxt keçirdilər. Oxşar görüntülər Türkiyənin hər şəhərində qeydə alındı. Vətəndaşlar xüsusilə dəniz kənarında tətil bölgələrinə axın etdi.

"Hürriyet": Prof. dr. Uğur Şahin: Türkiyə 3-4 aya normallaşar

"BioNTech"in qurucuları prof. dr. Uğur Şahin və dr. Özlem Türeci Sabancı Universitetinin buraxılış mərasiminə onlayn qatılarkən yaxşı müşdəli xəbər verdi. Şahin “Peyvəndləmənin epidemiyaya nəzarət etməyə kömək etdiyini görürük. Bu, çox güman ki, Türkiyədə də 3-4 aya reallaşacaq. Həm infeksiyaya nəzarət edə, həm də xəstəxanaya yerləşdirməyi azala biləcəyik" deyib.

"Star": Tatar: Türkiyənin dəstəyi ilə bu yerə gəldik

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar "Kıbrısda ciddi hadisələr yaşandı, ciddi bir soyqırım oldu, ancaq Türkiyənin dəstəyi ilə bu günlərə gəlib çıxdıq. Dövlətimiz var, Cümhuriyyətimiz var. Türkiyə ilə hazırda mükəmməl bir ahəng içində milli iddialarımızı qorumağa davam edirik" deyib. 

"Yeni Şafak": Fransızlar Türkiyəni nümunə göstərdi

Fransa Senatının Müdafiə Komitəsi Fransa ordusunun pilotsuz uçuş aparatları (PUA) müharibələrinə hazır hala gətirilməsinə dair çağırış etdiyi hesabat hazırlayıb.  Hesabatda Türkiyənin silahlı pilotsuz uçuş aparatlarının (SİHA) Qarabağ, Liviya və Suriyada istifadəsinə işarə edilib. Türkiyənin PUA/SİHA-ların geniş miqyaslı istehsalına və ixracına başladığı xatırladılıb. 

"Sabah": "Borel" ABŞ və Avropaya üz tutdu

Dünyanın ən zəngin bor ehtiyatlarına sahib olan Türkiyə bu dəyəri iqtisadiyyata qazandırır. "Borel" əl təmizləyicisi ABŞ, Lüksemburq və Finlandiyaya ixrac edilərkən, Orta Şərq ölkələrindən də xeyli tələb var. Almaniya, İngiltərə, Fransa və Hollandiya da hədəf ixrac bazarları olaraq qeydə alındı.



Әlaqәli Xәbәrlәr