Türkiyə mətbuatı, 2 iyul 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1668473
Türkiyə mətbuatı, 2 iyul 2021

"Yeni Şafak": Ərdoğandan qadın hüquqları ilə bağlı qətiyyətlilik mesajı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İstanbul Konvensiyasından çıxması ilə bağlı "Qadına qarşı zorakılıqla mübarizəmiz bu konvensiya ilə başlamadı, bu razılaşma ilə bitməyəcək" deyib. "Qadına qarşı zorakılıq və qadınların insan haqlarından istifadə etmə qabiliyyətinə qarşı mübarizə apardığımız kimi, bu gün də və sabah da eyni mübarizəni davam etdirəcəyik" deyə vurğulayıb.

"Hürriyet": Çavuşoğlu: "Kıbrıs Türkünü azlıq olaraq görən düşüncəni qəbul etmirik”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Kıbrıs Rum Rəhbərliyinin Kıbrıs Türklərini bərabər bir cəmiyyət deyil, azlıq olaraq görən bir yanaşma qəbul etdiyini ifadə edərək, "İndi Kıbrıs Türkünü azlıq olaraq görən bu düşüncəni qəbul etmirik". "Rum tərəfinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının vaxtı keçmiş qətnamələrinin arxasında gizləndiyini və çıxılmaz vəziyyəti həll yolu olaraq təqdim etdiyini artıq qəbul etmirik"-deyə XİN rəhbəri qeyd edib. 

"Haber Türk": Altun: "Hər fürsətdə həqiqətləri söyləyəcəyik"

Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunun 24 aprel tarixində Los-Anceles və İstanbulda eyni vaxtda təşkil edilən 'Şəhid Diplomatlar Sərgisinin' açılışındakı çıxışı "YouTube" tərəfindən çıxarılıb. Bu qərara sərt reaksiya verən Altun, "İstəsən də, istəməsən də, hər fürsətdə terrorun dilinin, dininin və irqinin olmadığını söyləyəcəyik. Hər sahədə olduğu kimi media və telekommunikasiya sahəsində də daxili və milli platformalara ehtiyacımız olduğunu bir daha gördük. Yaşasın həqiqət!" deyib.

"Star": “Almaniyadan Türkiyə qərarı

Almaniya yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən riskli olduğunu elan etdiyi Türkiyə də daxil olmaqla 80 ölkə üçün ümumi beynəlxalq səyahət xəbərdarlıqlarını ləğv etdi. Almaniyanın xarici işlər naziri Hayko Maas "Müsbət inkişafların olduğu yerdə məhdudiyyətləri davam etdirmək üçün bir səbəb yoxdur" deyə bildirib. 

"Sabah": Turizm sektoru Almaniyadan 2,5-3 milyon turist gözləyir

Almaniyada Türkiyəyə olan tələbin İspaniya, İtaliya və Yunanıstan kimi Avropa ölkələrini qabaqladığını vurğulayan turizm mütəxəssisləri mənfi bir hadisə olmayacağı təpqdirdə ölkəyə 2,5-3 milyon alman turistin gələcəyini qeyd ediblər. Almaniyanın Avropanın lokomotiv ölkəsi olduğunu ifadə edən turizm mütəxəssisləri "Almanların Türkiyəyə qarşı çox güclü bir tələbi var" deyə bildiriblər.



Әlaqәli Xәbәrlәr