Türkiyə mətbuatı, 30 iyun 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1667148
Türkiyə mətbuatı, 30 iyun 2021

"Haber Türk": Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Türkiyə iqtisadiyyatında  5,5 faiz böyümə proqnozlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) təxmininə görə, cari il Türkiyə iqtisadiyyatı 5,5 faiz böyüyəcək. Bu nisbət 2020-ci ilin oktyabr ayındakı proqnoza nisbətən 0,5 faiz yuxarıdır. Hesabatda,Türkiyə iqtisadiyyatında cari il üçün nəzərdə tutulan böyümədə ixracın artması təsirli olacaq.

"Vatan": Dünya Türk SİHA-ları ilə maraqlanır

Türkiyə istehsalı silahlı pilotsuz uçuş aparatlarının (SİHA) beynəlxalq nüfuzu yayılmaqda davam edir. Türkiyənin SİHA-larını inventarına qatmağa hazırlaşan ölkələrə  Polşadan sonra daha bir ölkə əlavə olundu. Albaniya Parlamenti Türk SİHA-ları üçün 8 milyon avrodan çox əlavə vəsait ayırdı.

"Yeni Şafak": Avropa mediası Türk Hava Yolları tərfilədi

Koronavirus epidemiyası ilə dayanan aviasiya sektorunda yaxşı bir qrafik ortaya qoyan Türk Hava Yolları (THY) bu müvəffəqiyyəti ilə öz adından bəhs etdirməyə davam edir. Almaniya və Fransadakı media qurumları epidemiyaya baxmayaraq yaxşı bir maliyyə ili başa vuran THY üçün "çevik tədbirlər sayəsində epidemiya dövründə yaxşı fəaliyyət göstərdi" deyərək ən yaxın rəqibinə ikiqat fərq qoyduğunu vurğuladı.

"Star": Türkiyə ilə Sudan arasında əhəmiyyətli əməkdaşlıq

Türkiyə ilə Sudan arasında əkinçilik sahəsində əməkdaşlıq sazişi imzalandı. Saziş pilot təsərrüfat, toxumçuluq, əkinçilik tədqiqatları, kənd təsərrüfatı xəstəlikləri, istehsalın artırılması və təhsillə bağlı maddələri əhatə etdi. Türk iş adamlarının Sudandakı əkinçilik fəaliyyətlərindən əlavə olaraq, iki ölkə əkinçilik sahəsindəki texniki imkanlarını da bölüşəcək.

"Sabah": A Milli Basketbol Komandası ilk matçında Uruqvayı 95-86 məğlub etdi

Kişilərdən ibarət yığma basketbol komandası Kanadadakı FIBA ​​Olimpiya təsnifatındakı ilk oyununda Uruqvayı 95-86 məğlub etdi. Millilər ikinci oyununda Çexiya ilə qarşılaşacaq.



Әlaqәli Xәbәrlәr