Türkiyə mətbuatı, 29 iyun 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1666465
Türkiyə mətbuatı, 29 iyun 2021

"Haber Türk": Ərdoğan: "Rəqəmsal infrastrukturu daha da inkişaf etdirmədə qətiyyətliyik"

Prezident Rəcəb Tayyib ƏrdoğanAnkaranın Gölbaşı bölgəsində “TürkSAT” Mərkəzində təşkil olunan mərasimdə çıxış edib.
Türkiyənin peyk və kosmos sənayesindəki yeniliklərindən danışan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan məlumat bildirib ki, ilin sonunadək “TürkSAT 5B”, gələn il isə “TürkSAT 6A” orbitə göndəriləcək. “TürkSAT 5B” peykinin istifadəyə verilməsindən sonra Türkiyə orbitdəki ötürücülük imkanlarını 15 qat artıracaq. Rəqəmsal infrastrukturu, xüsusən sənayedən ticarətə, dövlət xidmətindən təhsilə və sağlamlığa qədər daha da inkişaf etdirmək qərarındayıq.

"Hürriyet": Türkiyə iqtisadiyyatda dünyanın parlayan ulduzu ola bilər

Türkiyənin 2010-cu illərin ilk yarısına qədər o qədər müsbət iqtisadi göstəricilərə sahib olduğunu söyləyən Eczacıbaşı Holding İdarə heyətinin sədri Bülent Eczacıbaşı Türkiyə iqtisadiyyatının eyni gücü ortaya qoyacaq həcmə sahib olduğunu vurğulayaraq, "Bunu keçmişdə necə həyata keçirdiksə yenə edə bilərik" dedi.

"Vatan": Rusiyadan Bodruma 83 milyon dollarlıq sərmayə

Rusiya Bodrumda 83 milyon dollarlıq sərmayə qoyacaq. Rusiya-Türkiyə İş Şurasının rəhbəri Əhməd Palankoyev Muğlanın turizm mərkəzi olan Bodrumda rus sərmayədarlar tərəfindən 83 milyon dollarlıq bir investisiya ilə bir idman və əyləncə kompleksi inşa ediləcəyini bildirdi.

"Yeni Şafak": İzmirdə keçirilən kənd təsərrüfatı sərgisinə 80 ölkədən 774 marka qatıldı

Avropanın dörd ən böyük kənd təsərrüfatı yarmarkasından biri olan İzmirdə (23-27 İyun) təşkil edilən Agroexpo Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisində Türk firmaları 900 milyon dollardan çox dəyəri olan müqavilələr imzaladılar. 80 ölkədən 100-dən çoxu xarici olan 774 markanın qatıldığı yarmarkaya Fransa, Rusiya, Hindistan və Qətərdən böyük maraq oldu.

"Star": İstanbul Hava limanı 3 gündə yeni bir rekord qırdı

Aylardır Avropada ən çox uçuşa ev sahibliyi edən İstanbul Hava Limanı 25-26-27 iyun tarixlərində 100 mindən çox sərnişinə ev sahibliyi etdi. Digər tərəfdən, İstanbul Hava limanı bu 3 günlük trafikdə pandemiya dövrünün ən işlək günlərini yaşadı.



Әlaqәli Xәbәrlәr