Türkiyə mətbuatı, 16 iyun 2021

“Sabah”, “Hürriyet”, “Yeni Şafak”, “Habertürk” və “Star” nələrdən yazır?

1658842
Türkiyə mətbuatı, 16 iyun 2021

 

“Sabah”: Ərdoğan və Əliyev Şuşa Bəyannaməsini imzaladılar

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə Şuşada Şuşa Bəyannaməsini imzaladılar. Ərdoğan etdiyi çıxışında Qarabağın öz sahiblərinin əlinə qayıtdığını bildirərək "Türkiyə olaraq Şuşada ən qısa müddətdə Baş Konsulluq açmağı planlaşdırırıq" müjdəsini verdi.

“Hürriyet”: Əliyev Haluk Bayraktara “Qarabağ” nişanı verdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev “Baykar”ın baş direktoru Haluk Bayraktarı “Qarabağ” nişanı ilə təltif etdi. “Qarabağ” nişanı “Baykar” tərəfindən istehsal edilən SİHA-ların Qarabağ zəfərində böyük rol oynadığına görə verildi.

“Yeni Şafak”: Almaniya mətbuatından Səlcuq Bayraktara tərif

  Almaniyada çıxan “Handelsblatt” qəzeti Türkiyənin malik olduğu silahlı pilotsuz uçan aparatlar (SİHA) haqqında məqalədə “Baykar”ın texnik müdiri Səlcuq Bayraktardan təriflə bəhs edib. Məqalədə "41 yaşlı türkiyəli təşəbbüskar Bayraktar ölkəsinin ola biləcək döyüşlərdə daha yaxşı kartlara sahib olmasını təmin etdi və qonşusu Rusiyanı hirsləndirməyi bacardı" deyə yazılıb.

“Habertürk”: Türkiyə hidroelektrik üzrə dünya sıralamasında yüksəlir

  Türkiyə keçən il 2480 meqavatlık yeni hidroelektrik enerjisi həcmi istehsalı ilə Avropada liderliyini davam etdirərək dünyada ikinci sıraya yüksəlib.

“Star”: Türkiyə üçün əhəmiyyətli fürsət

  Avropa Abadlıq və İnkişaf Bankı (EBRD) Yaşıl İqtisadiyyat və İqlim Hərəkətləri Təşkilatının direktor müavini Kristian Karraretto (Cristian Carraretto) deyib: "Hidrogen tələbatı bu gün əsasən Avropadadır. Bu baxımdan Türkiyə hidrogen istehsal edərək Avropaya sata bilər".

 



Әlaqәli Xәbәrlәr