Türkiyə mətbuatı,30 aprel 2021

Türkiyənin informasiya vasitələrində gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1631177
Türkiyə mətbuatı,30 aprel 2021

“Haber Türk”: Ərdoğan: “Türkiyinin xaricə asılılığı sona çatır”

 Prezident Rəcəb Tayyib Ərdoğan 19 ildir Türkiyənin müdafiə sənayesini müasir və yüksək texnologiya, araşdırma və inkişafa əsaslanan yerli istehsal ilə gücləndirmək uğrunda lazımlı addımları atdıqlarını, bu səylərin səmərəsini almağa başladıqlarını, daha təyyarə bombaları, döyüş sursatları, raketlər və döyüş başlıqların partlayıcılarının istehsalında heç bir ölkəyə asılılığın olmayacağını vurğulayıb.

“Hürriyet”: Prezident Ərsin Tatar: “Suverenliyimiz müzakirə mövzusu ola bilməz”

İsveçrənin Cenevrə şəhərinin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altındakı Kipr mövzulu qeyri-rəsmi 5+1 konfransına yekun vuruldu.

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatar ölkəsi ilə Rum icmasının nümayəndə heyvətləri və zamin ölkələr Türkiyə, Yunanıstan və İngiltərənin iştirakı ilə keçirilən konfransdan sonra verdiyi açıqlamada ölkəsinin suverenliyini müzakirəyə açmayacaqlarını, bunu hər kəsin idrak etməsinin lazım gəldiyini, ancaq Şimali Kipr Türk Respublikasının hüquqlarını hər platformada müdafiə etməkdən imtina etməyəcəklirini vurğulayıb.

“Vətən”: İstanbul Hava limanı ilin ilk dörd ayında Avropada lider mövqeyə yüksəlib

 Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) məlumatlarına görə, 1 yanvar - 28 aprel tarixləri arasında İstanbul Hava Limanı 63.064 uçuşla Avropada ən çox uçuşun reallaşdığı hava limanı olub.

İstanbul Hava limanı operatoru IGA-nın sosial media hesabındakı açıqlamada da İstanbul hava limanının 2021-ci ilin ilk dövrd ayında Avropa hava limanları arasında lider mövqedə olduğuna diqqət çəkilib.

“Yeni Şafak”: Antalya Almaniyanın tətil rezervasiyalarında ilk sırada iştirakt edir

Antalya Ticarət və Sənaye Palatasının Başçısı Davut Çətin bu barədə açıqlama verib. Qeyd edib ki, Avropada yeni növ koronavirusa (Kovid-19) əleyhinə peyvənd olunanların sayı hər keçən gün artdığı üçün yay aylarında reyslərin də artacağı proqnozlaşdırılır. Çətin-in sözlərinə görə Almaniyalılar tətil üçün ən çox Antaliyanı seçirlər. Antaliyadakı istirahət mərkəzlərinə rezervasiyalar bunun göstəricisidir.

“Star”: “Göz müayinəsi evdə belə edilə biləcək”

Ankaradakı bir qrup gənc təşəbbüskar, virtual müayinələrlə göz müayinələrinin aparılmasına imkan verən texnologiya inkişaf etdirdi. Onlar göz müayinəsi cihazlarının xüsusiyyətlərini proqrama çevirib rəqəmsal bir platformaya köçürüblər.

 



Әlaqәli Xәbәrlәr