Türkiyə mətbuatı, 29 aprel 2021

Türkiyə mətbuatında gündəmə dair xəbərlərin xülasəsi.

1630473
Türkiyə mətbuatı, 29 aprel 2021

“Star”: "Əliyev Türkiyə-ABŞ məsələsinə toxunub

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət departamentinin rəhbəri Antony Blinken ilə görüşüb. Prezident Əliyev telefon danışığında ABŞ Prezidenti Co Bayden-ın 1915-ci il hadisələri ilə əlaqəli "soyqırım" ifadəsini istifadə etməsinə toxunaraq: “Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Müharibədən sonrakı dövrdə regionumuzda çox əhəmiyyətli və müsbət rol oynayır. ABŞ prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb”

“Haber Türk”: Prezident Ə.Tatar-dan Kiprdə daimi həll ilə əlaqəli 6 maddədən ibarət təklif

 Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatar Kiprdə qalıcı həll üçün 6 maddədən ibarət təklifini Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterresə təqdim edib. Təklifdə, Kipr Türk xalqının güzəştə getməsi mümkün olmayan suveren bərabərliyin və bərabər hüquqlu beynəlxalq statusun tanınmasının, müəyyən bir dövrü əhatə edən nəticə yönümlü realist danışıqlar ilə daimi həll  yolunun  qapılarını   açabiləcəyi vurğulandı.

“Yeni Şafak”: "Yerli peyvəndin istifadəsinə başlanması üçün son işlər aparılır

 Səhiyyə naziri Fahrettin Koca, yeni koronavirus (Kovid-19) əleyhinə yerli peyvənd istehsalı ilə bağlı aparılan işlərə dair məlumat verib. Yerli peyvəndin istifadəsinə başlamaq üçün son işlərin aparıldığını ifadə edən Səhiyyə Naziri, bir neçə gün ərzində faz-3 sınaqlarına başlanacağını qeyd edib.

“Vətən”: Türkiyədən daha bir ilk

 Amerika Birləşmiş Ştatları mərkəzli Al-Monitor xəbər saytı yazıb: “Türkiyə TCG Anadolu amfibi hücum gəmisini silahlı pilotsuz uçuş aparatı gəmisinə çevirərək hərbi sahəyə yeni bir konsepsiya qazandırdı. Dünyada ilk dəfə bir gəmi silahlı pilotsuz uçuş aparatı ilə təchiz olunacaq. Gəminin 2023-cü ildə istismara verilməsi gözlənilir”.

“Hürriyət”: Türkiyə bu il də Formula 1-ə ev sahibliyi edir

Dünyanın ən əhəmiyyətli motor idmanı təşkilatı olan Formula 1 yarışları 11-12-13 iyun tarixlərində ‘İntercity İstanbul’ Parkda keçiriləcək.



Әlaqәli Xәbәrlәr