Türkiyə mətbuat, 22 aprel 2021

Türkiyənin informasiya vasitələrində gündəmə dair dərc olunan xəbərlirin xülasəsi

1626087
Türkiyə mətbuat, 22 aprel 2021

“Sabah”: Prezident Ərdoğanın Yunanistan Xarici  işlər  naziri Dendiasa Türkiyə ilə əlaqəli açıqlamalarına dərhal lazımlı cavabı verən Xarici işlər naziri Çavuşoğluna təşəkkür edib.

Türkiyə Respublikasının Prezidenti, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan dünən Partiyasının TBMM Qrup yığıncağında etdiyi danışında bu barədə danışıb. Keçən həftə paytaxt Ankarada səfərdə olan Yunanıstan Xarici işlər naziri Dendiasın həmkarı Mevlut Çavuşoğlu ilə mətbuat konfransını xatırladan prezident Ərdoğan, Yunanistan Xarici işlər naziri Nikos Dendiasın bu  konfransdakı  sözlərinə  qarvşı   Xarici işlər naziri Mövlud Çavuşoğlunun  lazımlı   cavabı  verdiyinə   diqqət  çəkib  və   Çavuşoğluna  təşəkkürlərini  bildirib.

Haber Türk”: Ticarət Naziri M.Muş yeganə hədəflərinin 84 milyon  əhaliyə  sahib Türkiyəidə  rifah seviyyəsini yüksəltmək olduğunu bildirib.

Ticarət naziri Mehmet Muş Türkiyənin ixracat həcminin artırılması, iqtisadi artımın və rifah səviyyəsinin arzu edilən seviyyəyə qaldırılması üçün lazımlı addımların atılacağını vurğulayıb.

“Hürriyet”: 2021-ci il ilin ilk dörddəbirində çiyələk ixracı rekord seviyyədə artıb.

2021-ci ildə təzə, dondurulmuş və ya qurudulmuş olaraq 29 ölkəyə ixrac edilən çiyələk miqdarı ötən ilin müvafiq dövrünə müqayisədi 333% artıb. İlin ilk 3 ayında  4 milyon 993 min dollarlıq məhsul ixrac edilib. Bu rəqəm 2020-ci ilin müvafiq dövründə 307 min dollar idi.

“Star”: “The İndependent” Avropa tacını İstanbulun alacağını bildirib.

İngiltərənin reytinqli qəzetlərindən “İndependent”-in səyahət müxbiri Simon Calder, “ Avropa tacı Aviasiya Analisti Heathrow-dan İstanbula keçəcək” başlığı ilə qələmə verdiyi yazıda İstanbulun mega hava limanı, dünya “Kovid-19” pandemiyasından xilas olana dək ən işlək liman ola bilər deyib.  

Yeni Şəfəq: YouTube, dünyadanın bir çox ölkəsində istifadəyə verdiyi “YouTube Kids” tətbiqi Türkiyədə də istifadəyə verib. Uşaqlara xas olan məzmunun süzüldüyü tətbiq, yaş aralığına xas müxtəlif filtrlərdən də istifadə edilə bilər.



Әlaqәli Xәbәrlәr