Türkiyә mәtbuatı: 21 aprel 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1625305
Türkiyә mәtbuatı: 21 aprel 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’: İsveçrәnin Türkiyәdәki sәfiri Xarici İşlәr Nazirliyinә çağırılıb

İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. İsveçin Türkiyәdәki sәfirinә İsveç xarici işlər naziri Enn Lindenin terror tәşkilatının üzvlәri ilә keçirdiyi görüşdən sonra İsveçin müdafiə nazirinin terror tәşkilatının dәstәbaşları ilә videokonfrans  formatında apardığı  danışıqların Türkiyə tərəfindən narahatlıqla qarşılandığı və bunun kәskin şәkildә qınandığı çatdırılıb. Mәlumatda hәmçinin Türkiyәnin DEAŞ vә PKK terror tәşkilatlarına qarşı apardığı mübarizәnin qәtiyyәtlә davam etdirilәcәyi vurğulanıb.

‘‘Hürriyet’’: Enerji vә tәbii sәrvәtlәr naziri Fatih Dönmәz Qara dәnizdә kәşf edilәn tәbii qazla bağlı bәyanat  verib

Türkiyәnin enerji vә tәbii sәrvәtlәr naziri Fatih Dönmәz Qara dәnizdә kәşf edilәn tәbii qazla bağlı bәyanat verib. Fatih Dönmәz Qara dәnizdә kәşf edilәn tәbii qazın ilk fazasının 2023-cü ilәdәk çatdırılması üçün fәaliyyәtlәrin davam etdirildiyini söylәyib.

‘‘Haber Türk’’: Türkiyә Statistika İdarәsi ölkәdәki uşaq sayı ilә bağlı  hesabat hazırlayıb

Türkiyә Statistika İdarәsi ölkәdәki uşaq sayı ilә bağlı hesabat hazırlayıb.

Türkiyә Statistika İdarәsinin yayımladığı hesabatda qeyd olunub ki, Türkiyә әhalisininn 22 milyon 750 min 657-si uşaqlardan ibarәtdir.

‘‘Star’’: ‘‘Türkiyәnin silahlı PUA-rı ölkәdәki silahları susdurdu! Atәşkәs elan etmәk mәcburiyyәtindә qaldılar’’

İspaniyanın ‘‘El Pedro’’ qәzetinin yaydığı xәbәrdә Türkiyәnin silahlı PUA-nın Bәşәr Әsәdә aid çox sayda tankı mәhv etdiyi vә Suriyada atәşkәsin elan edilmәsini tәmin etdiyi bildirib.

‘‘Vatan’’: Süleyman Atlı Gülәş üzrә Avropa Çempionatında qızıl medal qazanıb

Gülәş üzrә Avropa Çempionatında mübarizә aparan  Türkiyәnin  sәrbәst  gülәşçisi Süleyman Atlı (57 kq)  rusiyalı rәqibini mәğlub edәrәk qızıl medal qazanıb.



Әlaqәli Xәbәrlәr