Türkiyə mətbuatı, 5 aprel 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi

1614706
Türkiyə mətbuatı, 5 aprel 2021

"Yeni Şafak": Hücuma hazırlaşan terrorçular zərərsizləşdirildi

Türkiyənin həyata keçirdiyi sərhəddən kənardakı əməliyyatlar ilə terrordan təmizlənən bölgələrdə təhlükəsizlik qüvvələri əlləri tətikdə vəzifələrini davam etdirir.

Türkiyə ərazilərinə soxulmağa cəhd göstərən və ya hücuma hazırlaşdığı aşkarlanan terrorçular anlıq olaraq izlənilən ərazidə bölgədə vəzifəli Türk Silahlı Qüvvələri qrupları tərəfindən dərhalzərərsizləşdirilir.

Sabah: Yerli koronavirus dərmanı ilə əlaqəli müjdəli xəbər

Hal-hazırda Ankara Universitetində araşdırmaları davam edən yerli "Covid-19" dərmanının istehsalı ilin sonuna qədər tamamlanacaq və yüz minlərlə doza istifadə üçün təqdim ediləcək.

"Hürriyet": Nazir Qurum: "Kanal İstanbulu həyata keçirəcəyik"

Ətraf mühit və şəhərsalma naziri Murat Kurum Qara dənizi Egey dənizi ilə birləşdirəcək Kanal İstanbulu inşa edəcəklərini, buna indi hər zamankindən daha çox inandıqlarını söylədi. Nazir həyata keçirdikləri layihələri ölkənin və millətin xeyrinə bir işə çevirməyə davam edəcəklərini bildirdi.

"Haber Türk": Türkiyə lojistik mərkəzi olacaq

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Kanal İstanbulun İstanbulu dünya ticarəti mərkəzinə çevirəcəyini və layihəyə çox yaxın bir zamanda başlayacaqlarını söylədi. Karaismailoğlu "Türkiyə inkişaf etməkdə olan dünyanın ən əhəmiyyətli ticarət dəhlizləri üzərində hakimiyyət quran bir ölkə olaraq Kanal İstanbul, İstanbul Hava Limanı, avtoyolları, ticarət limanları, dəmir yolu əlaqələri və lojistik bazası ilə dünyanın ən əhəmiyyətli lojistik mərkəzi halına gələcək" dedi.

Star: "Avropa İttifaqının (Aİ) diqqət mərkəzində Türkiyədəki müsbət gündəm var

Avropa İttifaqı (Aİ) Komissiyasının başçısı Ursula von der Leyen və Aİ Şurasının sədri Şarl Mişel 6 apreldə Türkiyəyə səfər edəcəklər. Aİ başçılarının Türkiyəyə səfərinin müsbət gündəmə qatqısının olacağını bildirən ekspertlər Liviya, Suriya və Cənubi Qafqazdakı böhran həllində Aİ-nin Türkiyənin yanında olduğuna işarə edərək, "Aİ Türkiyəni yanında saşlamağa çalışır" dedi.



Әlaqәli Xәbәrlәr