Türkiyә mәtbuatı: 31 mart 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1611753
Türkiyә mәtbuatı: 31 mart 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

Yeni Şafak:Rәcәb Tayyib Әrdoğan: ‘‘Yerli peyvәndimiz bәşәriyyәtin istifadәsinә tәqdim olunacaq’’

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin dövlət və hökumət başçılarının iştirakı ilə təşkil etdiyi “COVID-19 və ondan sonra inkişafın maliyyələşdirilməsi” adlı onlayn tədbirində çıxış edib.

Rәcәb Tayyib Әrdoğan çıxışında bildirib ki, yeni növ koronavirus epidemiyası qlobal sistemdəki çatışmazlıqları bir daha gün üzünə çıxarıb.

Türkiyә prezidenti deyib: “Peyvәnd mәsәlәsi çox çәtinlәşib. Hәlə də 100-ə yaxın ölkə peyvənd əldə edə bilməyib. Peyvəndə ədalətli əlçatanlıq zəmanət altına alınmayacağı təqdirdə koronavirus epidemiyasının başa çatmayacağı ortadadır. Yerli peyvənd istehsalı ilə bağlı fәaliyyәtlәrimiz başa çatdıqda peyvəndimiz ən uyğun şərtlərdə bəşəriyyətin istifadəsinə təqdim olunacaq”.

‘‘Star’’: Türkiyәdәn  dünyaya mesaj

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə paytaxt Ankarada Prezident Aparatında (Cumhurbaşkanlığı) təşkil edilən Milli Təhlükəsizlik Şurası iclasından sonra bәyannamә yayımlanıb.

Türkiyə Milli Təhlükəsizlik Şurası (MGK) dialoq çağırışlarına baxmayaraq, Türkiyə əleyhinə siyasətini davam etdirən Yunanıstanı beynəlxalq hüquqa riayət etməyə çağırdı.

Milli Təhlükəsizlik Şurasının məlumatında bildirilir: “Kiprdə haqqı əsas götürən qalıcı sülh hər iki müstəqil dövlətin – Türkiyə və Yunanıstanın ayrılmaz təməl maddələri olmalıdır.

Şərqi Aralıq dənizində qarşılıqlı haqq və maraqlar əsasında ortaq yanaşma mühümdür. Bu mövzuda bölgə ölkələri tərəfsiz olmalıdır. Türk azlığının haqqını pozduğu, immiqrantlara qarşı insanlıq xarici hərəkətlər etdiyi, dialoq çağırışlarımıza baxmayaraq, Türkiyə əleyhinə siyasət yürütməyə davam etdiyi üçün Yunanıstanı beynəlxalq hüquqa riayət etməyə və yaxşı qonşuluq əlaqələrinə səsləyirik.  

Türkiyə Liviya xalqının da təhlükəsizlik, dinclik və rifahının təmin edilməsində hər cür dəstəyi davam etdirəcək. Suriyada da qalıcı həll, ölkənin torpaq bütövlüyü və siyasi birliyinin qorunması üçün bölgə hakimlərini mövcud humanitar böhranı dərinləşdirən hərəkətlərə son qoymağa çağır

‘‘Sabah’’: Cozef Borrel türkiyәni alqışlayıb.

Türkiyәnin strateji әhәmiyyәtini vurğulayan başda Almaniya kansleri Angela Merkel olmaqla avropalı siyasәtçilәr karvanına Cozef Borrel dә qoşulub. Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel Avropa İttifaqının Türkiyә ilә münasibәtlәri inkişaf etdirmәsinin vacibliyini vurğulayıb.’’Türkiyә ilә fәal şәkildә işlәmәyә davam etmәliyik’’,-deyә Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi qeyd edib.

‘‘Vatan’’: Türkiyә әkinçilik sahәsindә Avropada birinci yerdәdir.

Türkiyə  əkinçilik sahәsindә Avropada birinci, dünyada isә ilk on ölkә  arasındadadır. Ümumi məhsul istehsalı 9 milyon ton artaraq 126 milyon tona yüksәlәrәk respublika tarixindә rekorda imza atıb.. Ölkənin mal-qara aktivləri 2020-ci ildə 18,2 milyonayüksәlib.Qoyun və keçi aktivləri son bir ildə  12 faiz  artaraq 54,1 milyona çatib. Bu isә son 30 ilin әn yüksәk göstәricisidir.

‘‘Haber Türk’’: Kosmosdan çәkilәn Van gölünun kosmosdan çәkilmiş fotoşәkili yarımfinaldadır.

Amerika Birlәşmiş Ştatlarının Milli Aviasiya vә Kosmik Tәhqiqat Agentliyinin (NASA) astronavtları tərəfindən kosmosdan  çəkilmiş Van gölünün fotoşәkili  onlayn qaydada keçirilәn  foto müsabiqədə  28 fotoşəkili qabaqlayır. Mәlumata görә, Van gölünün  kosmosundan çəkilmiş fotoşəkili yarımfinaldadır.



Әlaqәli Xәbәrlәr