Türkiyə mətbuatı, 8 mart 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1596871
Türkiyə mətbuatı, 8 mart 2021

"Hürriyet": Prezident Ərdoğan: "Bunu insanlığa qarşı bir cinayət olaraq görürəm"
Prezident Rəcəb Tayyib Ərdoğan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib. O, təbrik mesajında deyib: "Sevgiləri, əməkləri və fədakarlıqları ilə insanlığın ümidi olan bütün qadınlarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Ayrı-seçkilik, haqqın qəsbi və zorakılıq başda olmaqla ailə, təhsil, iş və cəmiyyət həyatında qadınlarımızın qarşı-qarşıya qaldığı məsələlərin həllə qovuşdurulması üçün bir çox hüquqi və administrativ islahatlar həyata keçiririk. Bir cinayət olaraq gördüyüm qadına istiqamətli hər cür fiziki və ruhi şiddəti, ayrı-seçkiliyi həmişə və yenə də ən sərt şəkildə qınayıram. 
"Star": Çavuşoğlu: "Özbəkistanda ilk səfirliyi Türkiyə istifadəyə verib"
Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Səmərqənd Baş konsolosluğun açılışını etdi. Səmərqənd Baş Konsulluğu Türkiyənin ata yurdu olan Özbəkistanla əbədi qardaşlığın yeni bir simvolu olacağını vurğulayan Çavuşoğlu "Özbəkistanı ilk tanıyan ölkə Türkiyə Cümhuriyyəti olmuşdur və Özbəkistanda ilk səfirliyi açan da biz olduq" deyib.

"Yeni Şafak": Bayden rəhbərliyi Taliban və Əfqan səlahiyyətliləri arasında danışıqlar üçün Türkiyədən kömək istəyəcək

ABŞ dövlət katibi Entoni Blinken Əfqanıstan prezidenti Əşrəf Qaniyə ünvanladığı məktubda Türkiyədən Əfqanıstan hökuməti ilə Taliban arasında toplantıya ev sahibliyi etmək üçün yüksək vəzifəli şəxslərin iştirakını tələb edəcəklərini söyləyib.

"Vatan": THY və İstanbul Havalimanı dünyadakı liderliyini davam etdirdi

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) hesabatına görə, Türk Hava Yolları, 1 fevral - 6 mart tarixləri arasında uçuş sayında gündə orta hesabla 581 reyslə rəqiblərini üstələdi, İstanbul Hava limanı isə dünyanın ən işlək hava limanı oldu.

"Sabah": Aya səyahət üçün müraciət siyahısında Türkiyə dördüncü yerdədir

"SpaceX" peyki ilə 8 nəfəri Aya aparacağını açıqlayan yapon milyarder Yusaku Maezava 239 ölkə və bölgədən 500 mindən çox müraciət edildiyini bildirdi. Maezavanın açıqlamasına görə, siyahıda dördüncü yerdə Türkiyə yer alıb. Siyahının ilk yerinde Hindistan, ikinci yerdə ABŞ və sonra İran gəlir.



Әlaqәli Xәbәrlәr