Türkiyә mәtbuatı, 16 fevral 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1584276
Türkiyә mәtbuatı, 16 fevral 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan ABŞ-a reaksiya göstәrib.

Prezident Rəcəb Tayyib Ərdoğan separatçı terror təşkilatı PKK-nın İraqın şimalındakı Qara bölgəsində 13 vətəndaşı şəhid etməsinə səssiz qalan ABŞ-a reaksiya göstərib.

Dövlət başçısı Ərdoğan  terror məsələsinə toxunaraq deyib: Bəs siz terrorçuların yanında deyildiniz, bəs siz PKK-nın yanında deyildiniz, bəs siz YPG-nin yanında deyildiniz, bəs siz PYD-nin yanında deyildiniz?! Hәm yanındasınız, hәm dә arxasındasınız’’.

‘‘Star’’: ABŞ sәfiri Satterfild Xarici İşlәr Nazirliyinә çağırılıb.

Amerika Birləşmiş Ştatlarının Türkiyə üzrə səfiri Devid Satterfild (David Satterfield) Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona ABŞ-ın Qarada separatçı terror təşkilatı PKK-nın şəhid etdiyi 13 Türkiyə vətəndaşı ilə bağlı şərhinə ölkənin reaksiyası çatdırılıb.

Türkiyə Xarici İşlər Nazirliyi mövzu haqqında verdiyi məlumatda bildirib: “Səfir D.Satterfild nazirliyə çağırılıb, ona ABŞ-ın şərhilə bağlı Türkiyənin kəskin reaksiyası bildirilib. Belə ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamenti İraqın Qara bölgəsində separatçı  terror təşkilatı PKK tərəfindən 13 Türkiyə vətəndaşının şəhid edilməsilə bağlı "Türkiyə vətəndaşlarının PKK tərəfindən öldürüldüyü xəbərləri doğrudursa, bu hərəkəti kəskin şəkildə qınayırıq" sözlərini işlədib”.

‘‘Sabah’’: Nazir Mövlud Çavuşoğlu amerikalı hәmkarı Entoni Blinken ilә görüşüb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken ilə telefonda danışıb.

Amerikalı nazir Çavuşoğluna Qarada öldürülən 13 Türkiyə vətəndaşı üçün başsağlığını çatdırıb və qətlə görə bölücü terror təşkilatı PKK-nın məsuliyyət daşıdığını bildirib.

Telefon söhbəti zamanı bir sıra regional məsələlər, o cümlədən FETÖ, PKK/PYD, terrorizmlə mübarizə, Türkiyənin Rusiyadan aldığı S-400 hava müdafiə sistemi, Suriya və Şərqi Aralıq dənizi mövzuları və ikitərəfli əlaqələr müzakirə olunub.

‘‘Vatan’’: Milli Kәşfiyyat İdarәsi  FETÖ-yә qarşı әmәliyyat keçirib.

Fәtullahçı terror tәşkilatı üzvlәri olan Gülbüz Sevilay vә Tamer Avcı Milli Kәşfiyyat İdarәsinin keçirdiyi әmәliyyat nәticәsindә Özbәkistandan Türkiyәyә gәtirilib. Gürbüz Sevilayın İraq vә Suriyada separatçı terror tәşkilatı PKK/KCK-PYD/YPG-SDG-yә silah tәmin etdiyi vә tәşkilatın dırlaqarası liderlәri ilә görüşdüyü bildirilib.

‘‘Haber Türk’’: Mәsut Özilin imzaladığı forma rekord qiymәtә satıldı.

Mәsut Özilin ‘‘Fәnәrbaxça’’ya trensfer olunmasından sonra keçirilәn imza mәrasimi üçün hazırlanan xüsusi vә Özilin imzaladığı forma 36 min 50 avroya satıldı. Mәlumata görә, forma indiyәdәk satılan әn bahalı forma olub.



Әlaqәli Xәbәrlәr