Türkiyә mәtbuatı: 11 fevral 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1581382
Türkiyә mәtbuatı: 11 fevral 2021

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Rәcәb Tayyib Әrdoğan Kiriakos Miçotakisә sәrt reaksiya göstәrib.

Türkiyә prezidenti vә Әdalәt vә İnkişaf Partiyasının sәdri  Rәcәb Tayyib Әrdoğan partiyasının parlamentdә keçirilәn qrup iclasında Türkiyә ilә Yunanıstn arasındakı problemlәrin hәlli mәsәlәsindә görüşә bilәcәklәrini söylәdiyini ifadә edib.

Yunanıstan Baş nazirinә müraciәt edәn  Rәcәb Tayyib Әrdoğan  deyib: ‘‘Görüşә bilәrәm deyirәm Miçotakis bәyanat verәrәk meydan oxuyur. Sәnin bu bәyanatından sonra biz necә bir araya gәlәcәyik? Әvvәla hәddini bil. Әgәr bilmәsәn müzakirә masasından ilk sәn qaçmış olacaqsan. Sәn bәzi dağlara etibar edirsәn. Etibar etdiyin dağlara qar yağdı. Heç birinin sәnә faydası olmaz''.

Rәcәb Tayyib Әrdoğan  bildirib ki, Türkiyә  Kıbrısdakı türklәrin  adada yarım əsrdir  davam edən çıxılmaz vəziyyətin qurbanı olmasına icazә vermәyәcәk.  Yunan vә Rum tәrәfinin açıqlamalarına baxdıqda Kiprdәki türklәri saymayan mövqelәrindә heç bir dәyişiklik olmadığını görürük.

 

‘‘Vatan’’: Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay: ‘‘Şimali Kıbrıs Türk Cumhuriyyәtini yalnız qoymayacağıq’’

Şimali Kıbrıs Türk Cümhuriyyәtinә işgüzar sәfәr edәn Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay deyib: ‘‘Biz Kıbrıs mәsәlәsindә hәll iradәsinin yanındayıq, haqsızlığa qarşıyıq. Türk tәrәfi problemin davamlı şәkildә hәll edilmәsini istәyir''.

 

‘‘Sabah’’: Nazir Varank kosmos proqramı ilә bağlı bәyanat yayıb.

Türkiyәnin sәnaye vә texnologiya naziri Mustafa Varank Türkiyәnin  milli kosmos proqramı ilә bağlı bәyanatlar verib. Mustafa Varank deyib: ‘‘Bizi әn çox Ay missiyası hәyәcanlandırır. Әn önәmli  missiyamız Aya enmәkdir’’.

 

‘‘Star’’: Rusiya Türkiyә ilә bağlı bәyanat yayıb: ‘‘Әmәkdaşlığa hazırıq’’

Rusiya Federasiyasının Kosmos Agentliyindәn verilәn bәyanatda Türkiyә ilә Rusiya arasında kosmik fәaliyyәtlәrlә bağlı әmәkdaşlığa hazır olduqları bildirilib. Bәyanatda hәmçinin Rusiyanın Türkiyәdәn mәsәlә ilә bağlı konkret tәkliflәr gözlәdiyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr