Türkiyә mәtbuatı, 10 fevral 2021

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1580554
Türkiyә mәtbuatı, 10 fevral 2021

"Vatan": "Prezident tarix elan etdi: "2023-cü ildə Aya gedirik" 
Prezident Rәcәb Tayyib Әrdoğan Cümhuriyyәtin yaranmasının 100-cü ildönümündә kosmosa raket buraxacaqlarını deyib.
Bu barәdә Rәcәb Tayyib Әrdoğan Milli Kosmik Proqramın nümayiş olunması mәrasimindә bildirib. Mәrasimdә çıxış edәn prezident Әrdoğan deyib: ‘‘Әsrlər boyu dünyada ədalətin, əxlaqın və sülhün  ilki olmuş mədəniyyətin qapısını kosmik sahəyə açırıq. Milli Kosmik Proqramının ilkin prioriteti  vә әn önәmli hәdәfi Cümhuriyyәtin 100-cü ildönümündә Aya enmәkdir. Mәdәniyyәt coğrafiyamızın da rәmzi olan ayparanı bayrağımızla birlikdә Aya göndәrmәyin qürurunu xalqımıza hiss etdirәcәyik’’.

"Yeni Şafak": "Prezident Aparatının sözçüsü Kalın Makronun Baş Diplomatik Məsləhətçisi Bonne ilə görüş keçirdi

İbrahim Kalın dünən Fransa Prezidenti Emmanuel Makronun Baş diplomatik məsləhətçisi Emmanuel Bonne ilə telefonda danışıb.  Görüşdə ikitərəfli əlaqələr, Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizi, Dağlıq Qarabağ, Suriya və Liviya mövzuları müzakirə edildi.

"Hürriyet": Ömer Çelik partiyasının i icra heyətinin iclasından sonra açıqlama verdi

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik partiyasının icra heyəti toplantısından sonra dünən verdiyi açıqlamada Türk əsgərlərinin Kıbrısdakı (Kipr) mövcudluğunun daimi olduğunu və oradan çıxmayacağını vurğulayıb.

"Sabah": THY yenidən zirvədə

"Türk Hava Yolları" (THY) Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) məlumatlarına görə,  bu ayın ilk həftəsində gündə orta hesabla 588 uçuşla Avropanın zirvəsindəki mövqeyini qorudu. "Air France" gündəlik 381 uçuşla ikinci sırada yer aldı.
"Haber Türk": Yanvar ayında çay ixracında 1,6 milyon dollar gəlir Yanvar ayında Türkiyədən 60 ölkəyə 392 ton çay ixrac edilərək, bundan 1 milyon 643 min 128 dollar gəlir əldə edildi. Belçika, Almaniya və İsrail ən çox çax ixracı reallaşdırılan ölkələr oldu.



Әlaqәli Xәbәrlәr