Türkiyə mətbuatı, 04 fevral 2021

Türkiyə mətbuat və veriliş orqanlarında gündəmə dair dərc olunmuş xəbərlirin xülasəsi

1577036
Türkiyə mətbuatı, 04 fevral 2021

“Haber Türk”: Ərdoğanın yeni konstitusiya üçün dəvəti

 Prezident Rəcəb Tayyib Ərdoğan, yeni Konstitusiya hazırlanmasına dair çağırışını tekrar edib. Yeni konstitusiyanın hazırlanmasına töhfə vermək istəyən hər kəsin fəaliyyətlərdə iştirak etməsini istədiklərini bildirib. Ərdoğan yeni konstitusiyanın Prezident Hökümət Sistemi və tarixi addımlar əsas alınaraq hazırlanacağına diqqət çəkib.

“Vatan”: Türkiyə ABŞ və Rusiya arasındaki razılaşmanı yüksək qiymətləndirir

Türkiyə, ABŞ və Rusiyanın Strateji Silahların ixtisarı müqaviləsinin daha 5 il uzadılması qərarını məmnuniyyətlə qarşıladığını açıqlayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy, məsələ ilə əlaqəli açıqlamada, qərarın silah nəzarət rejiminin gücləndirilməsinə və qlobal təhlükəsizlik testlərinə qarşı mübarizəyə tehfə verməsini arzuladıqlarını deyib.

“Hurriyet”: ABŞ-a görə Türkiyə ciddi potensiala sahib istehsal mərkəzidir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ankara səfiri David Satterfield, ölkəsinin Türkiyə ilə uzun müddətdir davam edən müvəffəqiyyətli iş əlaqəsinə sadiq qalmaqda davam etdiyini, mövcud ticari münasibətləri gücləndirmək arzusunda olduğunu bildirib. Satterfield, Türkiyənin gənc nüfusuna və bir çox bazara çıxışı təmin edən əhəmiyyətli coğrafi mövqeyinə diqqət çəkib və bu xüsusiyyətləri səbəbiylə cəlb edici investisiya mühitinə sahib olduğunu vurğulayıb.

“Yeni Şafak”: Bu il Teknofest 35 fərqli sahədə texnologiya yarışına ev sahibliyi edəcək.

Dünyanın ən böyük aviasiya, kosmik və texnoloji festivalı Teknofest, 21-26 sentyabr 2021 tarixində İstanbul Atatürk Hava Limanında keçiriləcək. Ötən ildən fərqli olaraq festival, simulyasiyası, rabitə texnologiyaları, pilotsuz uçan aparatlar, süni intellekt, mədəniyyət və turizm texnologiyaları, əkinçilikdə istifadə edilən sürücüsüz quru nəqliyyat vasitələri və sənayedə rəqəmsal texnologiyalar üzrə yarışlara ilk dəfə ev sahibliyi edəcək.

“Star”: "Dünya Bankından Türkiyəyə rekord investisiya

 Dünya Bankı 2020-ci ildə Türkiyədə həyata keçirdiyi investisiyalara dair açıqlama verib. Bildirib ki, Türkiyədə 9 inkişaf layihəsinin həyata keçirilməsində istifadə edilmək üzrə 2.5 milyard dollar vəsait ayrıldı.



Әlaqәli Xәbәrlәr