Türkiyә mәtbuatı: 27 yanvar 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1571862
Türkiyә mәtbuatı: 27 yanvar 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yenişafak’’: Әrdoğan: ‘‘Yaxın zamanda 50 milyon doza peyvәnd ölkәmizә çatdırılacaq’’.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Prezident İqamәtgahında tәşkil edilәn mәrasimlәrin birindә etdiyi çıxışında deyib: ‘‘İnkişaf etmiş ölkәlәrdә peyvәndlә bağlı problemlәr var. Biz isә peyvәnd mәsәlәsindә sürәtlә peyvәndlәrimizi aldırmağa başladıq. İlkin mәrhәlәdә 50 milyon doza vaksin ölkәmizә çatdırılacaq’’.

‘‘Habertürk’’: Koronavirusun mutasiyaya uğramış variantını tәsbit edәcәk layihә hәyata keçirilib’’

Türkiyә Sәhiyyә Nazirliyi ilә Ümumdünya Sәhiyyә Tәşkilatı tәrәfindәn hәyata keçirilәcәk vә Avropa İttifaqı Qoşulmadan Әvvәl Yardım proqramı çәrçivәsindә dәstәklәnәn layihә hәyata keçirilib. Test müddәtini qısaldan layihәnin  Türkiyәnin koronavirusa qarşı mübarizә gücünü artırması gözlәnilir.

‘‘Star’’:  Mәhәmmәd Cavad Zәrif әmәkdaşlıq platforması ilә әlaqәdar Türkiyәyә sәfәr edәcәk.

İranın xarici işlәr naziri mәhәmmәd Cavad Zәrif Qafqaz bölgәsindә altı tәrәfli әmәkdaşlıq platformanı yaratmaq istәdiklәrini  bu bu mәqsәdlә bölgәyә sәfәr etdiyini söylәyib. Mәhәmmәd Cavaz Zәrifin bu çәrçivәdә Türkiyәyә dә sәfәr etmәsi gözlәnilir.

‘‘Sabah’’: İraq ordusuna dәstәk vermәk üçün Bağdada  getdilәr.

Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Hәrbi mәslәhәtçilәrimiz NATO-nun İraqdakı missiyası çәrçivәsindә dost vә qardaş İraq ordusuna dәstәk vermәk üçün Bağdada getdi’’.

‘‘Hürriyet’’: Türk Hava Yolları vә İstanbul Hava Limanı Avropanın zirvәsindәki mövqeyini qorudu.

EUROCONTROL-un hesabatına әsasәn, İstanbul Hava Limanı vә Türk Hava Yolları yanvar ayının üçüncü hәftәsindә Avropanın zirvәsindә qәrarlaşıb. Türk Hava Yolları 18-24 yanvar tarixlәrindә hәyata keçirdiyi 596 uçuşla әn çox uçuş hәyata keçirәn aviaşirkәt olub.  



Әlaqәli Xәbәrlәr