Türkiyə mətbuatı, 25yanvar 2021

Türkiyə informasiya vasitələrində gündəmə dair dərc olan bəzi xəbərlərin xülasəsi

1570244
Türkiyə mətbuatı, 25yanvar 2021

“Vətən”: Dəniz patrul təyyarəsi ilk missiya uçuşunu reallaşdırdı

Dəniz Qüvvələri Komandanlığının inventarına daxil edilmiş TCB-751 nömrəli P-72 dəniz patrul təyyarəsi dünən ilk vəzifəsini icra edib.

Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi General Yaşar Gülər və Quru Qoşunları Komandanı General Ümit Dündar missiya uçuşundan sonra təyyarədə tədqiqat aparıb.

“Yeni Şafak”: “Nazir Dönməz Fatih qazma gəmisinin yeni dayanacağında olduğunu bildirib.

Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməz dünən verdiyi açıqlamada, Fatih qazma gəmisinin Qara dənizdəki yeni dayanacağı olan Türkali-2 quyusuna çatdığını bildirdi. Nazir qeyd edib ki, gəmi hazırlıqlardan sonra Sakarya qaz sahəsindəki işlərinə başlayacaq.

“Star”: Trabzon 2020-ci ildə Qara dəniz ixracatına liderlik edir

 Şərqi Qara Dəniz İxracatçıları Birliyinin hesabatına görə keçən il Qara dənizin 18 vilayətindən ixrac edilən məhsul həcmi 4 milyard 486 milyon 225 min 629 dollar olub. Sözügedən xaricə satışlarda Trabzon, 1 milyard 60 milyon 807 min 778 dollarla bölgə ixracatının 24%-ni qarşılayaraq birinci yeri tutub.

“Haber Türk”: "Dəmircidə toxunan xalçalar Uzaq Şərq ölkələrinə ixrac edilir Manisanın Dəmirci qəsəbəsində istehsal olunan xalçalar, ölkə daxilində və Avropa ölkələrindən sonra Çin və Yaponiya kimi uzaq şərq ölkələrinə satılır. “Hürriyet”: Məsut Özil rəsmi olaraq Fənərbaxçanın heyətinə daxil oldu Fənərbaxça, Məsut Özil ilə 3,5 illik müqavilə imzaladığını açıqlayıb. Sarı-lacivərtlilər Məsud Özilin transferinə 'Xəyal reallaşdı'-deyə münasibət bildiriblər.

 



Әlaqәli Xәbәrlәr