Türkiyә mәtbuatı: 25 noyabr 2020

Türkiyә mәtbuatının bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1533827
Türkiyә mәtbuatı: 25 noyabr 2020

 

Türkiyә mәtbuatının bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Rәcәb Tayyib Әrdoğan vә Vladimir Putin Dağlıq Qarabağ mәsәlәsini müzakirә ediblәr

Türkiyә prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Liderlər Türkiyə-Rusiya arasında ticarət əlaqələrinin artırılması, Dağlıq Qarabağ və Suriya mövzuları başda olmaqla bir sıra regional məsələləri müzakirə ediblər.

 Dövlət başçıları Qarabağda birgə monitorinq mərkəzinin yaradılmasından danışıblar. Ərdoğan mərkəzin tezliklə fəaliyyətə başlaması ilə bağlı fikrini bildirib.

Ərdoğan razılaşmanın reallaşdırması prosesində erməni tərəfinin öz vəzifələrindən yayınmamasının vacibliyini vurğulayıb və Minsk qrupunun bərabərhüquqlu sədrlərinin sülh cəhdlərini tənqid etməsinin başa düşməyin qeyri-mümkün olduğunu dilə gətirib. 

‘‘Yeni Şafak’’:  Türkiyә ticarәt gәmisindә aparılan qeyri-qanuni axtarışa meydanda cavab verәcәk

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Şәrqi Aralıq dәnizindә Türkiyәnin ticarәt gәmisindә  beynәlxalq hüquqlara zidd şәkildә aparılan qeyri-qanuni axtarışa reaksiya göstәrәrәk deyib: ‘‘Ticarәt gәmilәrindә bu növ axtarışlar beynәlxalq hüquq normalarına ziddir. Lazımi cavabı  verәcәyik. Hüquqi vә siyasi prosesi tәqib edәcәyik. Nә lazımdırsa onu edәcәyik. Cәnab prezidentimizin göstәrişi budur’’.

‘‘Vatan’’: Azәbaycan Ordusunun bölmәlәri 27 ildir işğal altında olan Kәlbәcәrә daxil oldu

Azәbaycan Ordusunun bölmәlәri  27 ildir işğal altında olan Kәlbәcәrә daxil oldu. Ermәnilәrә Kәlbәcәri tәrk etmәlәri üçün verilәn müddәt sona çatdı. Azәbaycan Müdafiә Nazirliyi Azәrbaycan Ordusunun Kәlbәcәrә daxil olduğunu açıqladı.

‘‘Haber Türk’’:  Azәbaycan әsgәrlәri ermәnilәrin bölgәdәn çıxmasına kömәk etdi

Azәbaycan әsgәrlәri işğal altındakı bölgәlәrdә qeyri-qanuni şәkildә mәskünlaşan ermәnilәrә bölgәdәn çıxmasına kömәk etdi. İnternetdә Azәrbaycan komandanın qarşılaşdığı ermәnilәrә ‘‘İstәyirsinizsә Azәbaycan vәtәndaşı olaraq burada qala bilәrsiniz. İstәyirsinizsә gedә bilәrsiniz. Heç kim sizә pis davranmayacaq. Daha әvvәl dә sizә kömәk etmişdik’’dediyi ilә bağlı videogörüntülәr yayılıb.



Әlaqәli Xәbәrlәr