Türkiyə mətbuatı, 16 noyabr 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1528300
Türkiyə mətbuatı, 16 noyabr 2020

"Haber Türk": Prezident Ərdoğanın Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətindəki əhəmiyyətli açıqmaları
Prezident Rəcəb Tayyib Ərdoğan dünən Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurulmasının 37-ci ildönümü tədbirlərində iştirak etdi. Ərdoğan Şimali Kıbrıs Türk Cümhuriyyətinin siyasi durumu haqqında, "1963-cü ildə silah qüvvəsi ilə pozulan və 1974-cü ildə çevriliş nəticəsində tamamilə yox olan tərəfdaşlığı Rumlarla birlikdə bərpa etmək qeyri-mümkündür" dedi.
"Star": Tatar: "Kimsə bizdən Türkiyə ilə əlaqələrimizi qoparmağımızı gözləməsin" 
Dünən Prezident Ersin Tatar Şimali Kıbrıs Türk Cümhuriyyətinin 37-ci ildönümündə etdiyi çıxışda Kıbrısın bölgəyə və dünyaya sülh nümunəsi olması üçün Türk tərəfinin hüquqlarına və suverenliyinə xələl gətirmədən lazımi addımları atmağa hazır olduğunu söyləyib. Tatar "Amma heç kim bizdən Türkiyənin aktiv və taktiki zaminliyindən vaz keçməmiçi, Türkiyə ilə əlaqələrimizi kəsməyimizi gözləməməlidir. Bu günlərə necə gəldiyimizin fərqindəyik" deyib.
"Hürriyet": Dünyaya ümid bəxş edən Prof. Dr. Uğur Şahindən yeni növ koronavirus haqqında diqqət cəlb edən sözlər
Keçən həftə yeni növkoronavirus əleyhinə ilk uğurlu peyvəndi kəşf etdiyini bildirən "BioNTech" şirkətinin yüksək səviyyəli idarəçisi Prof. Dr. Uğur Şahin, "Bu qış peyvəndimizlə infeksiya rəqəmləri üzərində ciddi təsirimiz olmayacaq. Ancaq hər şey adi axarında olacağı təqdirdə gələcək ilin əvvəlində paylanmasına başlayacağıq. Yaya qədər böyük bir təsir göstərməyəcək. Yayda infeksiya nisbəti azalacağı üçün bizə kömək edəcək. Tələb olunan şey, yaz aylarına qədər və ya payızdan əvvəl yüksək bir peyvənd nisbətinə nail olmağımızdır. Bu, gələn payızdan əvvəl bütün aşılamağın müvəffəqiyyətlə tamamlanması deməkdir. Beləliklə gələn il normal bir qış keçirə bilərik" deyib.
"Yeni Şafak": Yığma komanda 1-0 hesabından geri döndü və Rusiyanı 3-2 məğlub etdi
A Milli Futbol Komandası Millətlər Liqasında 5-ci oyunda 1-0 geridə qalmasına baxmayaraq Rusiyanı 3-2 məğlub edərək qrupdakı ilk qələbəsini qazandı.
"Sabah": Lewis Hamilton İstanbulda dünya çempionu
İstanbul şəhərində "Formula 1" üzrə Türkiyə Qran-prisi keçirildi. "Mercedes" pilotu Lüis Hemilton qazanıb. İkinci yer "Racing Point"dən Serxio Peresə, üçüncü pillə isə "Ferrari"dən Şarl Leklerə qismət oldu. Beləliklə, Hemilton karyerasında 7-ci dəfə dünya çempionu olub. Nəticədə o, Mixael Şumaxerin rekorduna şərik çıxdı.



Әlaqәli Xәbәrlәr