Türkiyə mətbuatı, 12 noyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1526275
Türkiyə mətbuatı, 12 noyabr 2020

Hürriyet: Prezident Ərdoğandan açıqlamalar
Prezident Rəcəb Tayyib Ərdoğan dünən verdiyi açıqlamada Azərbaycan ilə Ermənistan arasındakı razılaşma ilə əlaqədar olaraq, ''Türkiyə razılaşmanın qüvvəyə minməsinə nəzarət etmək və izləmək üçün bölgədə qurulacaq ortaq sülhməramlı qüvvəldə Rusiya ilə birlikdə yer alacaq. Atəşkəsə nəzarət və kontrol üçün quracağımız Birgə Monitorinq Mərkəzi ilə bağlı anlaşma memorandumu bu gün səhər imzalandı.
"Haber Türk": Xarici İşlər Nazirliyinin ABŞ Dövlət katibi Pompeonun Türkiyəyə səfəri ilə əlaqədar açıqlaması
Xarici İşlər Nazirliyi ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyəyə səfəri ilə əlaqədar açıqlama verib.Açıqlamada Pompeonun Fənər Rum Patriarxlığı ilə Türkiyə və bölgədəki dini məsələlərinin müzakirə olunacağına dair "ABŞ-ın əvvəl aynaya baxması və öz ölkəsindəki irqçilik, İslam əleyhinə düşmənçilik və nifrət cinayətləri kimi insan haqları pozuntularına lazımi həssaslığı göstərməsi daha düzgün olacaqdır" ifadələri yer alıb.
"Sabah": Azərbaycanın Qarabağ zəfərini İngiltərə mətbuatı belə gördü:" Müharibənin ən böyük qalibi Türkiyədir"
İngiltərədə "Telegraph", "Times" və "Guardian" qəzetlərində Azərbaycanın Qarabağdakı qələbəsi ilə bağlı maraqlı xəbər başlıqları  yer alıb. İngilis mətbuatında Azərbaycan və Ermənistan arasında qəbul edilən razılaşmaya dair təhlil və xəbərlərdə Dağlıq Qarabağdakı müharibənin əsas qalibinin Türkiyə olduğu və rəsmi Ankaranın bölgəsində həlledici rolunun sabit hala gəldiyi, Qərbin bir küncə itələndiyi şəklində qiymətləndirilib. 
"Yeni Şafak": Dönmez: ""Kanuni" kəşfiyyat-axtarış gəmisi Qara dənizdə fəaliyyətə başlayacaq"
Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez "Yeniləşdirmə fəaliyyətləri tamamlaraq Mersin/Taşucu limanından ayrılan "Kanuni" qazma gəmimiz, 2021-ci ilin ilk aylarında Qara dənizdə fəaliyyətə başlayacaq" deyib.
"Star": 15 İyul Şəhidlər Körpüsündə "Formula-1"yarışı və Türkiyə üçün bir ilk
"Formula-1" yarışlarının 14-cü mərhələsi "Formula-1 DHL Turkish Grand Prix 2020" ərəfəsində İstanbulun tanıtımı üçün aparılan çəkilişlər çərçivəsində dünən 15 İyul Şəhidlər Körpüsü yol hərəkətinə bağlanıb. "Formula-1" komandalarından biri olan "RedBull Racing" komandasının pilotu Alexander Albon "Formula-1" avtomobililə 15 İyul Şəhidlər Körpüsünü keçib. Beləliklə, Asiya qitəsindən Avropa qitəsinə keçişlə "Formula-1" və Türkiyə tarixində dünyanın ilk transkontinental "pit-stopu"u reallaşıb.



Әlaqәli Xәbәrlәr