Türkiyə mətbuatı, 1 oktyabr 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1500630
Türkiyə mətbuatı, 1 oktyabr 2020

"Vatan": Prezident Ərdoğandan Aİ liderlərinə məktub
Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) rəhbərləri və ölkə qurumlarının rəhbərlərinə və üzv ölkələrin liderlərinə məktub ünvanlayaraq, Türkiyənin Şərqi Aralıq dənizi ilə ələqəli problemə yanaşması və problemin həllinə dair təkliflərini çatdırdı.
"Hürriyet": Çavuşoğlu: "Azərbaycanın istəyi olsa lazım olanı yerinə yetirərik"
Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən Ermənistanın Azərbaycan ərazisinə başlatdığı hücumlarla bağlı "Azərbaycan bunu meydanda həll etmək istəyirsə, Azərbaycanın yanında olacağıq. Azərbaycan istəsə, lazım olanı edəcəyik. Ancaq görürük ki, Azərbaycanın imkanları kifayətlidir" deyə bildirdi.
"Sabah": MMN-dən açıqlama: Ermənistanın yalan iddiaları
Milli Müdafiə Nazirliyi (MMN) Ermənistan tərəfindən Türkiyə təyyarələri və silahlı pilotsuz uçuş aparatlarına dair yalan iddialar irəli sürdüyünü bildirdi. Nazirliyin açıqlamasında "Bunlar Ermənistanın qarşısında Türkiyənin olduğu fikrini ortaya ataraq, arxasındakı dəstəyi artırma məqsədli qara təbliğatdan başqa bir şey olmadığını" bildirdi.
"Star": Nazir Karaismailoğlu: Türkiyə havaçılıq sahəsində dünyanın lider ölkələri arasında öz yerini tutdu
Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Türkiyənin aviasiya sənayesində dünyanın lider ölkələri arasında yerini aldığını söylədi. Karaismailoğlu, "Hava limanlarımızın sayını 2003-cü ildə 26 olan hava limanı sayını 56-ya yüksəltdik. Daxili xəttlərdə 2 mərkəzdən reallaşan uçuşları 7 mərkəzdən 56-ya çıxardıq. 50 ölkədə 60 istiqamətə reallaşan xarici xətt uçuşlarımızı isə 127 ölkədə 329 nöqtəyə çıxardıq. Bu investisiyalarla sektorumuzun dövriyyəsi 2, 2 milyard dollardan 27,2 milyard dollara yüksəldi və ölkəmiz aviasiya sahəsində dünyanın lider ölkələri arasında yerini aldı" deyib.
"Haber Türk": "Dənizlidə 9 milyon il əvvələ aid qalıqlar aşkarlanıb
Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə aparılan araşdırmalar zamanı 9 milyon il əvvəl Dənizlinin Tavas və Beyağaç bölgələrində yaşamış olduğu düşünülən fil və qarışqa heyvanlarının qalıqları tapıldı.



Әlaqәli Xәbәrlәr