Türkiyә mәtbuatı: 30 sentyabr 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1499840
Türkiyә mәtbuatı: 30 sentyabr 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

''Hürriyet'': Nazir Mövlud Çavuşoğlu:"Bu problemin bit konkret həll yolu var''

Xarici İşlər naziri Mövlud Çavuşoğlu və hakim Ədalət İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı Fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimi iqamətgahında ziyarət ediblər.Mövlud Çavuşoğlu deyib: "Bu problemin bit konkret həll yolu var. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxacaq.Ermənistan bu torpaqlardan çıxmasa problem həll olunmaz. Sahədə və masada Azərbaycanın yanındayıq''.

''Sabah'':Fəxrəddin Altundan ''F-16'' açıqlaması

Türkiyə F-16 qırıcısının Ermənistana məxsus təyyarəni vurması barədə məlumatı təkzib edib.

Prezident Aparatının Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun Türkiyənin F-16 qırıcısının Ermənistana məxsus təyyarəni vurması barədə məlumatı təkzib edib.və Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə İrəvanın yaydığı məlumatın yalan olduğunu bildirib.

Azərbaycan ilə Ermənistan arasındakı qarşıdurma davam edərkən, İrəvan Türkiyəyə qarşı bir ittiham irəli sürmüşdü. Ermənistanın Müdafiə Nazirliyi Türkiyəyə məxsus bir F-16 qırıcısının Ermənistana məxsus bir Su-25 təyyarəsini düşürdüyünü irəli sürmüşdü.
Açıqlamada "Türkiyəyə məxsus F-16 qırıcısının Ermənistan hava məkanındakı Su-25 qırıcı təyyarəsini Azərbaycan ərazisindən hədəf aldığı" iddia edilmişdi.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şusan Stepanyanın "Facebook" hesabından verdiyi açıqlamada təyyarə vurularkən hərbi vəzifə yerinə yetirdiyi iddia edilmişdi.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı da qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.

 

''Haber Türk'': Ömər Çelik: ''Ermənistan orada işğalçıdır"

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Qarabağ bölgəsinin Azərbaycan torpağı olduğunu, Ermənistanın orada işğalçı olduğunu deyib.

“Azərbaycan xalqına başsağlığı və dəstək vermək yerinə, Azərbaycan dövlətinə "qanuni müdafiə haqqından istifadə etmə” demək, Ermənistana dəstək vermək deməkdir. Zalımla məzlumu eyni tutmaq ədalətli deyil”-deyə Ömər Çelik vurğulayıb. 

Ömər Çelik bildirib ki, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə hücumları 1949-cu il Cenevrə Sazişinin aşık-aşkar pozulmasıdır: "Odur ki, Türkiyə Azərbaycanı ərazi bütövlüyü uğrunda mübarizəsində haqlı sayır və qardaş ölkənin yanındadır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etdiyi an bu problem həll olunar. Azərbaycan ərazisini müdafiə etmək haqqına malikdir. Qarabağ bölgəsi Azərbaycan torpağıdır. Ermənistan orada işğalçıdır. Ermənistanın mülki obyektlərə hücum etməsi beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır".

''Vatan'':''Atmaca'' raketi sınaqdan uğurla keçib.

Türkiyənin ilk dəniz raketi ''Atmaca'' növbəti sınaqdanda uğurla keçib.Prezident Aparatı Müdafiə Sənayesinin rəhbəri İsmail Demir ''Atmaca'' raketi ilə bağlı yeni məlumat verib. Demir ''Atmaca'' raketinin dünən sınaqdan  uğurla keçib. Raket bir sınaqdan da keçiriləcək''.

''Star'': İqtisadi inam indeksi sentyabr ayında artıb

İqtisadi inam indeksi sentyabr ayında aylıq olaraq 3,1 faiz artaraq 88,5 qiymətinə yüksəlib.
Türkiyə Statistika İdarəsi (TÜİK) sentyabr ayı üçün iqtisadi inam indeksi məlumatlarını açıqlayıb.
İndeks bu ay avqust ayı ilə müqayisədə 3,1 artaraq 88,5-ə çıxıb. İqtisadi güvən indeksindəki artım istehlakçı, real sektor (istehsal sənayesi) və xidmət sektorundakı etimad indekslərindəki artımdan qaynaqlanıb.
Sentyabr ayında istehlakçı güvən indeksi 3,2 faiz, real sektor güvən indeksi 0,5 faiz artaraq 105,7-yə, xidmət sektoru güvən indeksi 6,4 faiz artaraq 74,9-a yüksəlib.

 

 



Әlaqәli Xәbәrlәr