Türkiyə mətbuatı, 29 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1499140
Türkiyə mətbuatı, 29 sentyabr 2020

"Star" : TBMM-də təmsil olunan partiyalar Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını qınayıb
Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını qınayan birgə açıqlama verib. 
Açıqlamada bildirilib: "Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalar olaraq Ermənistanın Azərbaycana qarşı hərbi hücumları ilə bağlı, Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalar olaraq, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağda atəşkəsi və beynəlxalq hüququ pozaraq ağır silahlarla Azərbaycanın mülki yaşayış məntəqələrini və hərbçiləri hədəf alan hücumlarını ən sərt şəkildə qınayırıq". 
Türkiyə Böyük Millət Məclisində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İyi Partiyanın birgə açıqlamasında əksini tapıb. Sənəddə bildirilir: “Bu son hücumlar Tovuzda törədilən hücumlardan sonra Ermənistanın bölgədə sülhə və sabitliyə ən böyük əngəl olduğunu ortaya qoyub. Biz beynəlxalq hüquqdan qaynaqlanan özünümüdafiə haqqı çərçivəsində öz xalqını qorumaq və ərazi bütövlüyünü təmin etmək məqsədilə Azərbaycanın həyata keçirdiyi müdafiə tədbirlərini dəstəkləyirik.
"Hürriyet": Ərdoğan: "Ermənistan işğal etdiyi yerlərdən çıxmalıdır"
Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğal etdiyi yerlərdən çıxmasının, bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana artıq  son qoyulmasının vacib olduğunu bildirib. "Minsk üçlüyü" adlanan ABŞ-Rusiya-Fransanın 30 ildir bu problemi həll edə bilmədiklərini və bu problemi həll etməmək üçün əllərindən gələni etdiklərini söyləyən Ərdoğan Azərbaycanın isə "Artıq hesab vaxtı gəldi" deyərək bu problemi özünün həll etmək məcburiyyətində qaldığını vurğulayıb.
"Yeni Şafak": Türkiyənin silahlı pilotsuz uçuş aparatları (SPUA) Liviya və Suriyadan sonra Dağlıq Qarabağda dastan yazdılar
Liviya və Suriyadakı müharibə balansını dəyişən Türkiyənin SPUA-ları  bu dəfə Azərbaycan mövqelərinə hücum edən Ermənistan ordusuna ağır zərbələr endirdi. SPUA-lar Dağlıq Qarabağdakı qarşıdurmalarda bir gündə 22 zirehli maşını və 15-dən çox hava müdafiə sistemini vurdu. SPUA-ların oyun dəyişdirici rolunu vurğulayan mütəxəssislər bunu yeni bir dövrün başlanğıcı kimi qiymətləndirirlər. 
"Haber Türk": Ermənistandan etiraf: "Bütün mövqeləri itirdik"
Azərbaycan-Ermənistan xəttində qarşıdurmalar davam edərkən Azərbaycan ordusunun irəlilədiyi bildirilir. Erməni işğalı altında olan Dağlıq Qarabağın qondarma başçısı Arayik Harutyunyan da etiraf kimi açıqlama gəldi. Harutyunyan "Qarabağın cənubundakı bütün mövqeləri itirdik. Onlarla ölü var" deyib.
"Vatan": Türkiyədə ilk "Covid-19" tətbiq olundu
İstanbul Universiteti-Cerrahpaşa, Cerrahpaşa Tibb Fakültəsində yeni növ koronavirüs (Covid-19) üçün Çinə məxsus inaktiv peyvəndin üçüncü mərhələ( FAZ 3) fəaliyyətləri çərçivəsində ilk peyvənd tətbiq edildi. Peyvənd Türkiyədə ilk olaraq bir xəstəyə baxan 53 yaşındakı Asim Baştürkə vurulub. Daha tetibarlı peyvənd tapılana qədər fəaliyyətlərin davam edəcəyi və ümumi məlumatlara görə yanvar və ya fevral aylarında ümumi peyvəndləməyə başlana biləcəyi ifadə edilib.



Әlaqәli Xәbәrlәr