Türkiyә mәtbuatı: 24 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1496398
Türkiyә mәtbuatı: 24 sentyabr 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Prezident Rәcәb Tayyib Әrdoğan Ursula von der Leyen ilә görüşüb

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının sədri Ursula Von der Leyen arasında onlayn qaydada  görüş keçirilib. Bu barədə Prezident  Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.Mәlumata görә, görüşdә  Şәrqi Aralıq dәnizindәki proseslәr, regional mövzular vә Türkiyә-Aİ münasibәtlәri müzakirә olunub.

 

‘‘Haber Türk’’: Nazir Dönmәz: ‘‘Qara dәnizdә kәş edilәn  tәbii qaz idxal etdiyimizdәn daha sәrfәli olacaq’’

Türkiyәnin enerji vә tәbii sәrvәtlәr naziri Fatih Dönmәz Qara dәnizdә kәşf edilәn tәbii qazla bağlı deyib: ‘‘Qara dәnizdә kәşf etdiyimiz tәbii qazı idxal etdiklәrimizdәn daha sәrfәli olacaq’’.

 

‘‘Yeni Şafak’’: Türkiyә iqtisadiyyatı inkişaf edir

Türkiyәnin xәzinә vә maliyyә naziri Berat Albayrak  ölkә iqtisadiyyatının üçüncü rübdә inkişaf etdiyini bildirib. Berat Albayrak bildirib ki, avqust ayı ilә müqayisәdә istehlakçı güvәn indeksi 3.2 %  yüksәlәrәk 82,0 tәşkil edib.

 

‘‘Sabah’’: Türkiyәdә istehsal edilәn avtobus vә  mikroavtobuslar 87 ölkәyә ixrac olunub

Türkiyә yanvar-avqust aylarında 87 ölkәyә 916 milyon 533 min bollar mәblәğindә avtobus vә mikroavtobus ixrac edib. Uludağ Avtomobil Sәnayesi İxracatçılar Birliyinin mәlumatına görә, әn çox ixrac Çexiya, Rusiya vә Meksikaya hәyata keçirilib.

 

‘‘Vatan’’: Denizlidә 4 min illik tikiş atelyesi aşkar edilib

Türkiyәnin Denizli şәhәrinin Çivril qәsәbәsindәki Beycesultan kurqanında davam edәn arxeoloji qazıntılar zamanı 4 min illik tikiş atelyesi işkar edilib. Aparılan arxeoloji qazıntılar haqqında mәlumat verәn professor Eşref Abay deyib: ‘‘4 min il әvvәl dә Denizli bölgәsindә tikiş atelyesinin olduğunu anlayırıq’’.



Әlaqәli Xәbәrlәr