Türkiyә mәtbuatı: 22 sentyabr 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1494950
Türkiyә mәtbuatı: 22 sentyabr 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Haber Türk’’: Әrdoğan: ‘‘Birlәşmiş Millәtlәr Tәşkilatının Tәhlükәsizlik Şurası әdalәtli struktura malik deyil’’

Prezident Rəcəb Tayyib Ərdoğan "Birləşmiş Millətlər Təşkilatı (BMT) sistemi nə qarşıdurmaların qarşısını almaqda, nə də münaqişələrin bitməsində təsirli deyil" deyib.
Prezident Ərdoğan BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib.
Ərdoğan çıxışında BMT sistemini yenidən fəal  hala gətirmək üçün əvvəlcə Təhlükəsizlik Şurasında islahatlar aparılmasının vacibliyini qeyd edərək, "İrəli sürülən ideallara baxmayaraq (BMT) sistemi nə qarşıdurmaların qarşısını almaqda, nə də münaqişələrin bitməsində təsirli deyil" deyib.
7 milyarddan çox insanın taleyini 5 ölkənin mərhəmətinə buraxan bir Şura quruluşunun ədalətli və davamlı ola bilməyəcəyini də vurğulayan Ərdoğan hər kəsin əvvəlki əsrin ehtiyaclarına uyğun formalaşan quruluşlarla bugünkü problemlərin öhdəsindən gələ bilməyəcəyini ifadə edib. 

‘‘Yeni Şafak’’: Milli imkanlarla hazırlanan (Covid-19) peyvәndin nә zaman istifadәyә verilәcәyi tarix bәlli oldu

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Nazirlәr Kabinetinin yığıncağından sonra әhәmiyyәtli bәyanatlar verib.

Yeni növ koronavirus epidemiyası ilә mübarizәdә yeni bir mәrhәlәnin başladığını vurğulayan Әrdoğan әldә edilәn tәcrübәyә әsaslanaraq yeni strategiyalar inkişaf etdirdiklәrini deyib. Hazırlanan 8 peyvәnddәn 2-nin heyvanlar üzәrindәki sınaqlarının uğurla nәticәlәndiyini bildirәn dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan bildirib ki, peyvәndi  2021-ci ilin ilk aylarında istifadә etmәyi planlaşdırırıq.Türkiyә epidemiya yayıldığı gündәn etibarәn gördüyü tәdbirlәr vә xәstәlәrә verdiyi xidmәtlәr baxımından qlobal miqyasda nümunә olaraq göstәrilәn ölkәlәr sırasındadır.

 

‘‘Vatan’’: Türkiyә milli gәlirinә görә әn çox yardım edәn ölkәdir

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәnin milli gәlirinә görә әn çox yardım edәn ölkәsi olaraq әlindәn gәlәn bütüm imkanlarla yeni növ koronavirus pandemiyasının sәbәb olduğu problemlәri aradan qaldırmaq üçün sәylәr göstәrdiyini deyib. Türkiyәnin epidemiya әrzindә digәr ölkәlәrә etdiyi yardımlara toxunan Rәcәb Tayyib Әrdoğan dünyanın 146 ölkәsinә tibbi lәvazimat göndәrdiklәrini bildirib.

 

‘‘Hürriyet’’: Berat Albayrak kәnd tәsәrrüfatı ilә әlaqәdar bәyanat verib

Türkiyәnin xәzinә vә maliyyә naziri Berat Albayrak Türkiyәnin kәnd tәsәrrüfatı sahәsindә әldә etdiyi irәlilәyişlә  2-ci pillәdә qәrarlaşdığını deyib. Berat Albayrak deyib: ‘‘Hәdәfimiz bu sahәdә lider olan  ölkәlәr arasında yer almaqdır. Bu uğuru әldә etmәmiz üçün sәylәr göstәrәn bütün istehsalçılarımızı tәbrik edirәm’’.

 

‘‘Sabah’’:Milli imkanlarla hazırlanan videokonfrans proqramı ilk sınağını keçdi

Milli imkanlarla hazırlanan videokonfrans proqramı ‘‘BizBize’’ ilә 24 ölkәdәn olan  iştirakçılar  3 gündә 700 iclas keçirdi.  Milli videokonfrans proqramı beynәlxalq arenadakı ilk sınağından uğurla keçib.Mәlumata görә, 250 şirkәt vә tәşkilat tәmsilçisi problemsiz bir şәkildә proqram sayәsindә  410 saatlıq iclas hәyata keçirdi.



Әlaqәli Xәbәrlәr