Türkiyә mәtbuatı: 14 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1490024
Türkiyә mәtbuatı: 14 sentyabr 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’:  Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay Yunanıstana reaksiya göstәrib

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay Yunanıstan Baş naziri Katerina Sakellaropulunun dünәn beynәlxalq hüquq  normalarına zidd hәrәkә edәrәk Meis adasına hәrbi helikopterlә getmәsinә reaksiya göstәrib. Oqtay deyib: ‘‘Gәrginlik mәsәlәsindә bizi günahlandıranlar Yunanıstanın bu gün Meis adasındakı tәxribatını görә bilmәzlәr. Çünki onların gözlәri olsa da, görә bilmәzlәr, qulaqları olsa da, eşidә bilmәzlәr, dillәri var hәqiqәtlәri söylәyә bilmәzlәr’’.

‘‘Yenişafak’’: Fatih Dönmәz: ‘‘Kanuni gәmisi  kәşfiyyat-axtarış fәaliyyәtlәrinә yaxın zamanda başlayacaq’’

Türkiyәnin energetika vә tәbii sәrvәtlәr naziri Fatih Dönmәz ‘‘Kanuni’’ kәşfiyyat-axtarış gәmisinin yaxın zamanda Qara dәnizdәki fәaliyyәtlәrinә başlayaraq ‘‘Fatih’’ gәmisinin gücünә güc qatacağını deyib.

‘‘Hürriyet’’: Türkiyә  mebel ixracında 6 pillә dә irәlilәyib

Mәkәzi Milanda yerlәşәn Cente For İndustrial Studies araşdırma mәrkәzinin hesabatına әsasәn, Türkiyә qlobal mebel ixracında 6 pillә dә yüksәlәrәk 8-ci pillәdә qәrarlaşıb.

‘‘Star’’: İzmirdә hazırlanan antikor testi  50 ölkәyә ixrac edilir

İzmirdә hazırlanan koronavirusla bağlı antikor testi tәxminәn 50 ölkәyә satıldı. Menderes qәsәbәsindә 25 ildir fәaliyyat göstәrәn Türklab şirkәti epidemiya dövründә hazırladığı antikor testinin xaricә satdığını bildirdi. Bu şirkәt dünyada antikor testi hazırlayan 3 şirkәt arasında yer alır.

Habertürk: Bodrum milyon dollarlıq yaxtalara ev sahibliyi edir.

Türkiyәnin Muğla şәhәrinin Bodrum qәsәbәsi hәr il olduğu kimi bu il dә milyon dollarlıq yaxtalara ev sahibliyi edir.



Әlaqәli Xәbәrlәr