Türkiyә mәtbuatı: 06 avqust 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1467904
Türkiyә mәtbuatı: 06 avqust 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Türkiyә Beyrutda baş verәn partlayışla bağlı hәrәkәtә keçib

Türkiyədən Livana yardım ləvazimatı və  axtarış və xilasetmə personalı daşıyan Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə bu ölkənin paytaxtı Beyruta çatıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyə Beyrutda baş verən partlayışdan sonra bölgəyə tibbi, axtarış və xilasetmə personalı və humanitar yardım göndərib.
Səhiyyə Nazirliyi, Fövqəladə Hallar İdarəsi (AFAD) və Qızıl Aypara Cəmiyyəti tərəfindən hazırlanan materiallar Ankaradakı Etimesgut Hərbi Hava Limanında "A 400M" hərbi yük təyyarəsinə yüklənib.
Bölgəyə Səhiyyə Nazirliyi tərəfindən 21 Milli Tibbi Xilasetmə Qrupunun (UMKE) şəxsi heyəti, 2 təcili yardım qurğusu, 3 nəfərlik sığınacaq çadırı, dərman və tibbi avadanlıqlar, 10 nəfərlik heyət, avadanlıq, bir xilasetmə vasitəsi və Türkiyə Qızıl Aypara Cəmiyyətinə məxsus 3 personal, axtarış və xilasetmə qrupu, səhiyyə və humanitar yardım materialları göndərilib.
Qeyd edək ki, Beyrut Limanında partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda əvvəl yanğın baş verib, sonra isə bütün paytaxtı şəhəri sarsıdan güclü partlayış əmələ gəlib. Partlayış nəticəsində çox sayda insan ölüb və yaralanıb.

‘‘Vatan’’: Nazir Varank: ‘‘Kanal İstanbul strateji tәhlükәsizlik mәsәlәsidir’’

Sәnaye vә texnalogiya naziri Varank rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada bu ifadәlәrә yer verib: ‘‘Beyrutda baş verәn vә hamımızın kәdәrlәndirәn partlayışa sәbәb olan 2750 ton ammonium nitrat İstanbul boğazından keçdi. Kanal İstanbul layihәsi Türkiyә üçün strateji bir tәhlükәsizlik mәsәlәsidir’’.

‘‘Haber Türk’’:Şentop Fransa ve Amerika Birlәşmiş Ştatlarına reaksiya göstәrib.

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop insan hüquqları, qanun, ədalət, haqq və ədalətsizlik mövzusunda danışa bilәcәk әn son  dövlətin Fransa  olduğunu bildirdi. "Son iki əsrin tarixi göstərir ki, Fransanın üzündəki, alnındakı ləkəni silmək mümkün deyil",-deyә Şentop vurğulayıb.  ABŞ-ın neft şirkәti ilә separatçı terror tәşkilatı YPG/PKK arasındakı razılaşma ilә bağlı Şentop deyib: ‘‘Suriyadakı bütün milli sәrvәtlәr Suriya xalqınındır’’.

‘‘Star’’: “Türkiyә ilә Venesuela arasında sәhiyyә sahәsindә müqavilә әldә olunub.

Türkiye ile Venesuela arasında sәhiyyә sahәsindә әldә olunan müqavilә ‘‘Resmi gazete’’ dә yayımlanıb. Türkiyә ilә Venesuela dövlәtlәri arasında sәhiyyә sahәsindә әldә olunan müqavilә çәrçivәsindә Türkiyә bu ölkәyә tibbi lәvazimat göndәib.

‘‘Yeni Şafak’’: Almaniyalı turistlәrin  Aralıq vә Egey dәnizlәrinin sahillәrinә axın etmәsi gözlәnilir

Almaniya Türkiyәnin Aralıq dәnizi vә Egey dәnizi bölgәlәrindә yerlәşәn Aydın, Antalya, izmir vә Muğla şәhәrlәrinә  sәyahәtlә bağlı xәbәrdarlığı aradan qaldırıb. Bu qәrardan sonra hәmin bölgәlәrә çox sayda alman turistin gәlmәsi gözlәnilir.



Әlaqәli Xәbәrlәr