Türkiyә mәtbuatı: 4 avqust 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1466523
Türkiyә mәtbuatı: 4 avqust 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Star’’: Parlament sәdri Mustafa Şәntob: ‘‘Ermәnistanın planlarını hәyata keçirmәsinә imkan vermәyәcәyik’’

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop Qurban bayramı münasibәtilә Azәrbaycan parlamentinin sәdri Sahibә Qafarova ilә telefon әlaqәsi saxlayıb. Şentop söhbәt zamanı deyib: ‘‘Ermәnistanın Azәrbaycan vә Türkiyәyә qarşı planlarını hәyata keçirmәsinә imkan vermәyәcәyik’’.

 

‘‘Vatan’’: ‘‘The Wall Street Journal’’ qәzeti Türkiyәnin Şәrqi Aralıq dәnizindәki strategiyasını qiymәtlәndirib

ABŞ-ın ‘‘The Wall Street Journal’’ qәzeti Türkiyәnin Şәrqi Aralıq dәnizindәki strategiyasını qiymәtlәndirib. Xәbәrdә bölgәdә dәnizçilik proqramı hәyata keçirәn Türkiyәnin hәmlәlәrinin gözlәnәcәk bir vәziyyәt olduğu bildirilib.

 

‘‘Yeni Şafak’’: ‘‘Avropa İttifaqı Türkiyәyә üstünlük verәcәk’’

Yunanıstanın keçmiş müdafiә naziri Evanqlos Apostolakis Türkiyәnin әhәmiyyәtinә diqqәt çәkәrәk  geosiyası vә iqtisadi olaraq Avropa ittifaqının Yunanıstan әvәzinә Türkiyәyә üstünlük verәcәyini söylәyib. Rәcәb Tayyib Әrdoğanın güclü lider olduğunu vә Türkiyәnin Әrdoğanın liderliyindә Şәrqi Aralıq dәnizindә ciddi regional güc olaraq yüksәldiyini bildirәn Apostolakis bildirb ki, Türkiyә bütün geosiyasi platformalara qatılır vә ciddi bir aktyor hesab edilir.

 

‘‘Haber Türk’’: Türkiyә bazarları sürәtlә inkişaf edir

Yeni növ koronavirus epidemiyasına rәğmәn Türkiyә bazarları sürәtlә inkişaf etmәyә başladı. İstanbuldakı mənzil satışları bu ilin ilk yarısında 16 % artaraq  106 mini keçib.  Türkiyə daxilində avtomobil satışları  156 mindәn 203 minә yüksәlib.İstanbulda yeni qurulan şirkətlərin sayı 7 ayda  keçәn ilin eyni dövrü ilә müqayisәdә 10 % artaraq 30 min 509-a çatıb.

 

‘‘Hürriyet’’: ‘‘İnkişafn mәrkәzi Türkiyә’’

P&G şirkәtinin  Türkiyə, Qafqaz vә Orta Asiya üzrә idarə heyətinin sәdri  Tankut Turnaoğlu Türkiyənin Avropanın ən əhəmiyyətli inkişaf  mərkəzlərindən biri olduğunu qeyd etdi. Turnaoğlu  Türkiyәnin son üç ildә Avropanın әn sürәtlә inkişaf edәn 3-cü ölkәsi olduğunu deyib.



Әlaqәli Xәbәrlәr