Türkiyə mətbuatı 30 iyul 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1464375
Türkiyə mətbuatı 30 iyul 2020

"Sabah": Nazir Akar: " Hər kəs Türkiyə Cümhuriyyətinin verdiyi qərara hörmətlə yanaşacaq"
Milli Müdafiə naziri Hulusi Akar "Ayasofya məscidinin açılışı tamamilə Türkiyənin suverenlik haqqıdır. Bu mövzuda Türkiyə Cümhuriyyətinin qurumlarından başqa heç kimin söz söyləmək hüququ yoxdur. Hər kəs Türkiyə Cümhuriyyətinin qəbul etdiyi qərara hörmətlə yanaşmalıdır" dedi.
"Yenişafak": İdlibdən Türkiyəyə təşəkkür
 Mehmetciyin qətiyyətli mövqeyi nəticəsində sabitliyə qovuşan idliblillər 
 çəkdikləri video ilə Türkiyəyə təşəkkür mesajı göndərdi. Videodakı bir suriyalı bu ifadələrdən istifadə edir: “Türk əsgərinə təşəkkür edirik. Ailələrini, ölkələrini və övladlarını bizim üçün buraxdılar, 3 ildir buradadırlar. Türk əsgərləri böyük və kiçik hər kəsə hörmət edir və bizə çox yaxşı münasibət göstərirlər. Rəcəb Tayyib Ərdoğana minlərlə salam göndəririk". 
"Hürriyet": Alman turizm jurnalı Türkiyəni koronavirusla mübarizə mövzusunda təriflədi
Almaniyada dərc olunan turizm jurnalında yer alan 'Touristik Aktuell', 'təhlükəsiz turizm' tətil imkanlarını şərh edən bir məqaləsində, Türkiyənin koronavirus tədbirlərini təriflədi. Yazıda Türkiyədə tətbiq olunan gigiyena qaydaları çox yaxşı tətbiq edildiyinə diqqət çəkdi.
"Vatan": Sümela monastırının təqdimatı üçün veb saytı hazırlandı
Prezident Aparatının Mətbuat Xidməti Sümela monastırının təqdimatı üçün "sumela.gov.tr" adlı bir veb sayt hazırladı. İstifadəçiləri "Anadolunun gizli abidələri gün işığına çıxır" mesajı ilə qarşılayan veb saytda Sümela monastırının tarixi, memarlıq və bərpa işləri haqqında məlumatlar və foto qalereya yer alıb.
"Star": 350 alimin iştirak etdiyi 6G araşdırmasında 3 Türk alimi iştirak edir
6G üçün dünyanın müxtəlif ölkələrindən 350 alim işləyir. Finlandiyada Finlandiya Akademiyası tərəfindən qurulan təşkil edilən işçi qrupunda  Türkiyədən 3 alim Prof. Erdal Panayırcı, Dos. Serhat Erkuki və Dr. Yalçın iştirak edir.



Әlaqәli Xәbәrlәr