Türkiyə mətbuatı, 29 iyul 2020

“Haber Türk”, “Star”, “Yeni Şafak”, “Sabah” və “Hürriyet” bu gün nələrdən yazır?

1463723
Türkiyə mətbuatı, 29 iyul 2020

 

“Haber Türk”: Ərdoğan “Özümüz və dostlarımız üçün mübarizəyə davam edəcəyik" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada məzlumların fəryadlarına biganə qalmadıqları, Liviyada ölkənin qanuni rəhbərliyinin əməkdaşlıq çağırışını cavabsız buraxmadıqları kimi, Azərbaycanın da vətəni müdafiə səylərini eyni anlayışla dəstəklədiklərini vurğuladı: “Özümüz və dostlarımız üçün hansı sahədə necə mübarizə lazımdırsa, onu vermək üçün ən kiçik bir tərəddüdümüz belə olmayacaq”.

“Star”: İşğalçı Ermənistanı dəstəkləyən qüvvələrə mesaj

  Türkiyə və Azərbaycanın reallaşdıracağı genişmiqyaslı ortaq hərbi təlimlər Azərbaycan mətbuatında geniş yer alıb. Xəbərlərdə Türkiyə və Azərbaycanın bu dövrdə edilən ortaq manevrinin işğalçı Ermənistanı dəstəkləyən qüvvələrə mesaj olduğu qeyd edilib və “rəsmi Bakı və Ankaranın hərbi müttəfiqliyi istiqamətində möhtəşəm addım” adlandırılıb.  

“Yeni Şafak”: Türkiyə dronları Avropa İttifaqı ordusunda

  Uzaqdan idarə texnologiyası sahəsində “drone” istehsalını bacaran yerli müdafiə sənaye şirkəti “Assuva” Çin Silahlı Qüvvələrindən sonra indi də Aİ üzvü olan Yunanıstan ordusuna girməyə hazırlaşır. Türkiyə şirkətinin Yunanıstan Müdafiə Nazirliyi ilə əldə etdiyi razılaşmaya əsasən ölkə istehsalı olan 50 “drone” üçün ilkin qəbul reallaşıb.

“Sabah”: “Oruç Reis” Aralıq dənizində yeni xidmətinə hazırlaşır

  Şərqi Aralıq dənizində seysmik araşdırma fəaliyyəti görən “Oruc Reis” gəmisi 2 həftə Aralıq dənizi sahillərində gözlədikdən sonra Antaliya limanına lövbər atdı. Bundan əvvəl Qaradəniz və Mərmərədə seysmik araşdırmada olan gəmi neçə müddətdir Aralıq dənizində fəaliyyətini sürdürür. İndi isə “Oruç Reis” gəmisi Şərqi Aralıq dənizində növbəti seysmik araşdırma fəaliyyəti üçün yeni xidmətini gözləyir.

“Hürriyet”: Türkiyənin ən məşhur 100 ləzzəti

  Dünyanın dörd bir tərəfindən yemək aşiqlərinin orijinal məkan və ənənəvi dadlarını önə çıxarmaq üçün bir araya gəldikləri “Taste Atlas” (Ləzzət atlası) saytı üzvlərinin təyin etdiyi “Türkiyənin ən məşhur 100 ləzzəti” siyahısı hazırlandı. Sayt istifadəçilərinin verdiyi qiymətlərlə müəyyən olunan, keçmişi Osmanlı sarayına söykənən siyahıda ənənəvi dadlar əsas yer tutur və Türkiyə mətbəxi həvəskarlarına maraqlıdır.



Әlaqәli Xәbәrlәr