Türkiyə mətbuatı, 22 iyul 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1459452
Türkiyə mətbuatı, 22 iyul 2020

"Haber Türk": "Liviya mövzusunda güzəştə gedilməyəcək" 
Prezident Rəcəb Tayyib Ərdoğan heç kəsin haqqına girməyən, yalnız öz haqqını da sökə-sökə alan bir ölkə olaraq hərəkət etməyə davam edəcəklərini söylədi. Liviyadakı hadisələri yaxından izlədiklərini vurğulayan Ərdoğan bu mövzuda güzəştə getməyəcəklərini bildirdi.
"Sabah": "Türkiyə Şərqi Aralıq dənizində haqlarını axtarmağa davam edəcək"
Prezident Ərdoğan Türkiyənin qazma gəmiləri "Yavuz" və "Fatih" ilə Şərqi Aralıq dənizində qazma fəaliyyətlərini davam etdirdiyini bildirərək, bu həmlələrin Şərqi Aralıq dənizindəki tələləri tərsinə çevirdiyini söylədi. 
Ərdoğan "Biz kiminsə icazəsinə tabe deyilik. Şərqi Aralıq dənizindəki hüquqlarımızın tələb etdiyi hər addımı atdıq və bundan sonra da bunu davam etdirəcəyik" ifadələrini işlətdi.
"Hürriyet": Ərdoğanın Merkel ilə kritik görüşü
Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə telefonla danışıb. Telefon söhbətində Liviya və Suriyadakı vəziyyət qiymətləndirilib və ikitərəfli əlaqələrin, ilk növbədə iqtisadiyyat və turizmin inkişafı istiqamətində atılan addımlar müzakirə edilib. Ərdoğan və Merkel "Covid-19"a qarşı mübarizədə və epidemiyadan sonrakı dövrdə də əməkdaşlıq edilə biləcək mövzuları müzakirə ediblər.
"Yeni Şafak": "Əliyev: Türk xalqına olan sevgim sirr deyil"
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın həyata keçirdiyi hücumlarda Azərbaycana dəstək verdiyi üçün Prezident Ərdoğana təşəkkür edib və deyib: "Türk xalqına olan sevgim sirr deyil".  Əliyev "'Ərdoğan iki qardaş ölkənin birlikdə olacağını söylədi. Bu dəstəyə görə qardaşıma dərin təşəkkürümü bildirirəm" deyə vurğulayıb.
"Vatan": TOGG İngiltərə mətbuatında: Türkiyənin cığır açan ilk yerli avtomobili 
İngilis "The Telegraph" qəzeti, Türkiyənin yerli avtomobilin buraxılacağı fabrik ilə əlaqədar xəbərini günün ən əhəmiyyətli hadisələri arasında təqdim etdi. "The Telegraph" xəbərində "Türkiyənin cığır açan ilk yerli avtomobili olan TOGG-un mühəndislik, dizayn və istehsal mərkəzinin təməl qoyma mərasimi Bursanın Gemlik rayonunda təşkil edildi" 'ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr